Icma.az
close
up
RU
DİM magistraturaya qəbul imtahanının vaxtını açıqlayıb

DİM magistraturaya qəbul imtahanının vaxtını açıqlayıb

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

İmtahanın 2025-ci ilin yanvar-fevral aylarında keçirilməsi planlaşdırılır

Dövlət İmtahan Mərkəzi (DİM) növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Qeyd olunub ki, ötən illərin təcrübəsi göstərir ki, əvvəlki illərdə məzun olan bakalavrlar imtahana qeydiyyat zamanı bəzi hallarda təhsil məlumatlarının “Tələbə-məzun” bazasında olmaması və ya qeyri-dəqiq olması halları ilə rastlaşırlar. Belə olduqda həmin bakalavrlar sistemdə qeydiyyatdan keçə bilmirlər və məlumatların daxil edilməsini təmin etmək üçün vaxt itkisi ilə üzləşirlər. Hətta bəzən qeydiyyat müddətində bunu həyata keçirməyi çatdırmırlar. Bununla bağlı DİM-in elektron poçtuna çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunanları nəzərə alaraq, əvvəlki illərdə məzun olan və qəbul imtahanına vaxtında və uğurla qeydiyyatdan keçmək istəyən bakalavrlara tövsiyə edirik ki, indidən ali təhsil haqqında məlumatlarını MyGov.az portalına daxil olaraq “Təhsil məlumatlarım” bölməsində yoxlasınlar. Təhsil (diplom) haqqında məlumat aşkar olunmadıqda və ya məlumatlarda qeyri-dəqiqlik üzə çıxdıqda bitirdiyiniz ali təhsil müəssisəsinə, ali təhsil müəssisəsi artıq mövcud deyilsə, Elm və Təhsil Nazirliyinə müraciət etmək lazımdır ki, sistemdə müvafiq düzəliş və ya əlavələr edilsin.

Xarici dövlətlərdə təhsilini başa vurmuş Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlar isə təhsil məlumatlarını bu linkə daxil olmaqla yoxlamalıdırlar. Məlumat aşkar olunmadıqda Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bu məlumatları indidən yoxlayın ki, qəbul imtahanına qeydiyyat elan olunduqda çətinliklər yaşamayasınız.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri