DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqlayıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək. İmtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Noyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















