Icma.az
close
up
RU
DİM prosesləri sistemsiz və plansız şəkildə idarə edir Ekspert

DİM prosesləri sistemsiz və plansız şəkildə idarə edir Ekspert

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dövlət İmtahan Mərkəzinin (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizə qəbuluna sabah start verməsi, lakin bu prosesə dair rəsmi “Abituriyent 1” jurnalının əvvəlcədən çap olunmaması, ciddi nöqsandır və abituriyentlərin haqlarının pozulmasına gətirib çıxarır".

"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, DİM-in bu prosesi şəffaf və əlçatan etməsi üçün əsas addımlardan biri “Abituriyent” jurnalını vaxtında çap etmək və ictimaiyyətə çatdırmaqdır:

"Bu jurnal abituriyentlər üçün yalnız bir məlumat mənbəyi deyil, həm də onların hüquqlarını bilmək, qəbul qaydalarından xəbərdar olmaq və elektron ərizə vermə prosesində yolunu itirməməsi üçün əsas bələdçidir. Jurnal çap edilmədiyi və ya gec dərc edildiyi halda, abituriyentlər ya yanlış məlumat alır, ya da ümumiyyətlə ərizə prosesinə dair biliklərdən məhrum olur. DİM-in illərdir davam edən ən böyük problemlərindən biri jurnalların tamamilə lazımsız vaxtda çap edilməsi və yayılmasıdır. İxtisas seçimi jurnalı seçim prosesinə bir gün qalmış çap edilir, indi isə abituriyentlər və kolleclərə müraciət edənlərə yol göstərən “Abituriyent 1” jurnalı ümumiyyətlə yoxdur. Bunun nəticəsi isə aydındır. İnsanlar ya ərizəni düzgün doldura bilməyəcək, ya da məcburən ödəniş qarşılığında kimlərdənsə bu xidməti almalı olacaq".

Ekspert qeyd edib ki, bu, DİM-in ictimai vəzifəsini yerinə yetirməməsi deməkdir: "Qurum abituriyentlərin qəbul prosesində iştirakını rahatlaşdırmaq əvəzinə, onları çətin vəziyyətə salır və kommersiya maraqlarını gücləndirir. Nəticədə, insanlar ya ərizə verməkdən çəkinəcək, ya da pul xərcləyərək bu prosesi başqalarına həvalə edəcək. Halbuki, DİM-in əsas vəzifəsi prosesləri şəffaf, açıq və hər kəs üçün əlçatan etməkdir. Əgər elektron ərizə qəbulu başlayırsa, onu müşayiət edəcək rəsmi jurnal da vaxtında çap olunmalıdır. Bu vəziyyət bir daha göstərir ki, DİM prosesləri sistemsiz və plansız şəkildə idarə edir. Təhsil sistemində mühüm qərarlar qəbul edən bir qurumun bu qədər laqeyd yanaşması abituriyentlərin taleyini riskə atır. Əgər qəbul prosesi ilə bağlı məlumatlandırma işləri gecikirsə, bu, abituriyentlərin hüquqlarına birbaşa müdaxilədir. Təhsil müəssisələrinə qəbul ciddi bir prosesdir və DİM-in bu məsələyə səthi yanaşması qəbuledilməzdir.

DİM-in bu səhvləri düzəltməsi üçün təcili olaraq “Abituriyent 1” jurnalını çap edib ictimaiyyətə təqdim etməsi, elektron ərizə prosesini addım-addım izah edən rəsmi resursları (video, broşura və s.) təqdim etməsi və bu mövzuda geniş maarifləndirmə işləri aparması vacibdir. Əks halda, bu cür gecikmələr və məsuliyyətsizlik abituriyentlərin haqsız yerə çətinlik çəkməsinə səbəb olacaq".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri