DİN dən müraciət: Küçə ticarəti yol hərəkətinin iştirakçıları üçün real təhlükə mənbəyidir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 18 iyun, AZƏRTAC
Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur. İlk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində qeyd olunub.
Bildirilib ki, nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
“Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, həmin yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır. Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir. Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiniz. Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq”, - deyə DİN-in müraciətində bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 İyun 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















