DİN dən uşaqlara Tik Tok xəbərdarlığı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda ictimai dinləmədə çıxış edib.
Modern.az xəbər verir ki, Elşad Hacıyev Daxili İşlər Nazirliyinə gün ərzində daxil olan müraciətlərdən danışıb.
O, qeyd edib ki, müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır:
"Narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur. Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə Tik-Tok platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur".
E. Hacıyev vurğulayıb ki, ölkənin məktəb və universitetlərində keçirilən görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb:
"Xüsusilə, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib. Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqi deyil. Bu, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli idarəsinə xidmət edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 18 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















