Icma.az
close
up
RU
Din nikahdankənar uşaqları qəbul edirmi? Heydər məscidinin imamı CAVAB VERDİ

Din nikahdankənar uşaqları qəbul edirmi? Heydər məscidinin imamı CAVAB VERDİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ölkədə bəzi vətəndaşların qeyri-qanuni münasibətindən dünyaya gələn körpələr qanunvericiliyin müəyyən qaydaları ilə  müdafiə olunur. Lakin cəmiyyətdə hələ də bu cür uşaqlara münasibət fərqlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü və 53-cü maddələrinə əsasən, uşaq nikahdaxili və ya nikahdankənar doğulmasından asılı olmayaraq valideynlərinin qarşısında eyni hüquqlara malikdir. Bu hüquqlara uşağın soyad alması, valideynin himayəsində olması, aliment təyin edilməsi, vərəsəlik hüququ, təhsil və sosial təminatları aiddir. Hətta uşağın atalıq mənsubiyyəti qanuni nikah olmadıqda da müəyyən edilə bilir.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycanda 16 minə yaxın nikahdankənar uşaq dünyaya gəlib.
2023-cü ildə 15622, 2022-də 18814, 2020-də 17714 belə uşaq doğulub.
Bəs dində nikahdankənar doğulan uşaqlara münasibət necədir?

Heydər məscidinin imam müavini Rza Rzayev Modern.az saytına açıqlama verib.

Onun sözlərinə görə, İslamda həm hüquqi, həm dini cəhətdən nikahın bağlanması vacib hesab edilir. Nikahdankənar iki şəxsin münasibət qurması dində qadağandır. Bu zina adlanır və haram hesab edilir.

“Müqəddəs Qurani-Kərim kitabında uca Rəbbimiz bizləri bu məsələdən xəbərdar edib ki, zinaya yaxınlaşmayın. Elə günahlar var ki, onlar yalnız Allahla bəndə arasında olur. Lakin, zina məsələləri cəmiyyətin də qınaq obyektinə çevirdiyi mövzulardan biridir”,- deyə din xadimi bildirib.

İmam söyləyib ki, qeyri-qanuni uşaq dünyaya gətirmək həm də cəmiyyətin dəyərlərini ayaqlar altına atan mövzudur. Bununla yanaşı, ailə institutlarının prinsiplərini dağıdan, ailə münasibətlərinə, nəsil paklığına xələl gətirən prosesdir.

“Din ailəni həm hüquqi cəhətdən, həm də milli-mənəvi dəyərlər baxımından biz insanlara vacib buyurub. Ancaq dünyaya gələn körpə necə doğulursa doğulsun, ona günahkar damğası vurmaq olmaz. Çünki onun məsuliyyəti valideynlərin üzərinə düşür”.

Rza Rzayev qeyd edib ki, nikahsız doğulan körpə pak dünyaya gəlir. Günahkar olan onun ana-atasıdır.
“Sağlam cəmiyyət istəyən vətəndaşlar birinci özləri bu məsələdə düşüncəli davranmalıdırlar. Nikahsız körpələrin sayını yox etmək üçün əhali bilməlidir ki, sağlam və qanuni nikaha üstünlük verməlidirlər. Əsasən də gənc nəsil anlamalıdır ki, zinaya həm qanunvericilik, həm din qaydaları baxımdan, həm də mənəvi paklıq cəhətdən yol vermək olmaz”.
Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri