Heydər məscidinin imamı: Azərbaycanda dinlərarası birlik dünya ölkələri üçün nümunədir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanda olan multikultural dəyərlər və məzhəblər arasında birlik, həmrəylik müsbət göstərici olmaqla bütün dünya dövlətlərinə nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Heydər məscidində dini ocağın imamı Rüfət Qarayev deyib. O qeyd edib ki, bu şərait ölkə başçısının din nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısının təzahürüdür.
"Doğrudan da, heç kəs başqasını vəhdətə, din və məzhəb birliyinə məcbur edə bilməz. Ölkəmizdəki birlik də belədir. Bunlar dövlətimizin başçısının sağlam din siyasətinin təzahürüdür. Qeyd etmək lazımdır ki, artıq 10 ildir fəaliyyət göstərən Heydər məscidində hər cümə günü, hər bayram vaxtı vəhdət namazları qılınır. Özü də bu təkcə bir məscidə deyil, ölkəmizin dörd bir yanındakı bütün məscidlərə məxsus xüsusiyyətdir", - deyə imam bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















