DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirib VİDEO
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyinin yeni "Polis cavab verir" rubrikası çərçivəsində vətəndaşların ən çox ünvanladığı suallardan biri cavablandırılıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların "E-Polis" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməsi qaydaları barədə məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur.
Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 22 Oktyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















