Icma.az
close
up
RU
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb ŞƏRH

Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafı özünü ticari və qarşılıqlı iqtisadi sahədə də göstərir

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq ən yüksək səviyyədə inkişaf edir. Dövlət başçısının çıxışında vurğulanan məsələlər regionumuzun gələcək inkişaf xəttini müəyyən edən strateji istiqamətləri ehtiva edir.

Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən, mədəniyyət, coğrafiya və ortaq dəyərlər baxımından bir-birinə sıx bağlıdır. İlk baxışda fiziki sərhədlər ayrı görünə bilər. Lakin Xəzər dənizi bizim xalqlarımız arasında körpü rolunu oynayan mühüm geosiyasi məkandır. Bu gün Xəzər yalnız su hövzəsi deyil, strateji birlik və əməkdaşlıq rəmzidir. Dövlət başçımızın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı Azərbaycanla region ölkələri arasındakı siyasi dialoqun yüksək səviyyəsini göstərir. Xüsusilə, Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlərimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyi, xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. 

Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə qardaş və dost ölkədə də diqqətlə izlənilib. Ekspert vurğulayıb ki, dövlət başçısı müsahibəsində Özbəkistan-Azərbaycan əlaqələrinə bütün detalları ilə aydınlıq gətirib və qarşıda duran vəzifələr barədə müfəssəl məlumatlar verib: "Müsahibədən də göründüyü kimi hər iki ölkədə arasında bütün sahələrdə əməkdaşlıq yüksək dinamika ilə davam edir. Və bunun da uğurlu nəticələrindən xalqlarımız bəhrələnir. Özbəkistanı ilk növbədə Azərbaycanla etnik, mənəvi və tarixi köklər, ortaq dəyərlər bağlayır. Bunlar ölkələrin yüksək münasibətlər və əməkdaşlığının perspektivində mühüm faktordur. Hazırkı qeyri-sabit və sürətli dəyişən dünyada Azərbaycan və Özbəkistan digər türk dövlətləri ilə birlikdə özlərinin təhlükəsizlik çətirini və iqtisadi müstəqilliklərini birlikdə təmin etməyə məcburdur. Bu tələbatı və çağırışı nəzərə alan liderlər Azərbaycanla Özbəkistan arasında strateji müttəfiqlik sənədini imzalayıblar. Özbəkistanın Mərkəzi Asiya ölkələri içərisində güclü mövqeyi və böyüyən iqtisadiyyatı var. Son dövrlərdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə əlaqələr də xeyli irəliləyib". 

Ə.Oruclu qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafı özünü ticari və qarşılıqlı iqtisadi sahədə də göstərir: "Müsahibədə vurğulandığı kimi bu dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb. Özbəkistan işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində və bir sıra layihələrdə fəal iştirak edir. Özbəkistan investisiyalı Uluqbəy adına 600 yerlik məktəb binası, Xankəndidə toxuculuq kombinatı istifadəyə verilib. Bunlar digər dost və müttəfiq dövlətlərin də sərmayə yatırılmasının təşviqinə töhfə deməkdir. Daşkəndlə Bakı beynəlxalq münasibətlər sistemində və təşkilatlarda bir-birilərini daima dəstəkləyiblər. Düşünürəm ki, bundan sonra da iki dövlətin əməkdaşlığı üzün güclü təməl, zəmin və potensial var. Odur ki, bunlar dəyərləndirilir, öyrənilir və uğurlu tətbiq edilir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri