Icma.az
close
up
RU
“Əvvəlki illərlə müqayisədə daha yüksək keçid balları gözlənilir”

“Əvvəlki illərlə müqayisədə daha yüksək keçid balları gözlənilir”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda qəbul imtahanları yekunlaşıb. Artıq sonuncu imtahanın nəticələri açıqlanıb. Ümumi nəticələrə görə, il ərzində cəmi 2 nəfər 700 bal toplayıb. Onlar hər ikisi IV qrup üzrə imtahanlarda iştirak edib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, təhsil eksperti Əmrah Həsənlinin sğzlərinə görə, IV ixtisas qrupunda 2 nəfərin maksimum nəticə - yəni 700 bal toplaması tibb sahəsinə olan marağın nə qədər yüksək və rəqabətin nə qədər kəskin olduğunu göstərir:

"Tibb ixtisası hər zaman gənclər arasında ən çox arzu olunan sahələrdən biri olub. Amma builki nəticə artıq bu marağın sadəcə istək yox, real göstəricilərlə də gücləndiyini ortaya qoyur. Yüksək ballı abituriyentlərin bu sahəyə yönəlməsi keçid ballarının daha da artmasına səbəb olacaq. Bu səbəbdən IV ixtisas qrupu üzrə tibb, əczaçılıq və stomatologiya ixtisaslarında əvvəlki illərlə müqayisədə daha yüksək keçid balları gözlənilir". pizza sifarişi

Əş Həsənli qeyd edib ki, I ixtisas qrupu üzrə isə nəticələr daha balanslı görünür:

"Bu sahə üzrə riyaziyyat və fizika biliklərinin əsas olduğunu nəzərə alsaq, abituriyentlərin son illərdə bu fənlərə xüsusi önəm verməsi nəticələrin müsbət istiqamətdə dəyişməsinə təsir edib. Eyni zamanda, müasir texnologiyalarla əlaqəli sahələrə olan maraq da artmaqdadır. Artıq abituriyentlər mühəndisliklə yanaşı süni intellekt, proqramlaşdırma, informasiya texnologiyaları, avtomatika və kibertəhlükəsizlik kimi ixtisaslara ciddi şəkildə yönəlirlər.

Bu sahələr əmək bazarında yüksək tələbatlı və perspektivli olduğu üçün gənclər həm şəxsi maraq, həm də gələcək karyera baxımından bu istiqamətləri daha üstün tutur. Ona görə də bu ixtisaslarda da keçid ballarında artım mümkündür və burada da ciddi rəqabət yaşanacağı gözlənilir".

Təhsil eksperti vurğulayıb ki, ixtisas seçiminin necə formalaşacağı məsələsinə gəlincə, artıq illərin təcrübəsi göstərir ki, gənclərin seçimlərinə həm topladıqları bal, həm də əmək bazarındakı vəziyyət, valideyn yönləndirməsi və şəxsi motivasiyalar təsir edir:

"IV qrup üzrə tibb sahələri bu il də lider mövqeyində olacaq. Bu istiqamətdə həm rəqabət yüksəkdir, həm də abituriyentlər bu sahəyə daha sistemli yanaşır. İxtisasların prestiji, sabit iş imkanları və sosial statusu da bu marağı daha da artırır. Amma qeyd etmək lazımdır ki, yalnız yüksək bal toplamaq kifayət deyil - tibb təhsili çətin və məsuliyyətlidir, bu sahədə davamlı uğur üçün çağırışlara hazır olmaq vacibdir".

Ə.Həsənli əlavə edib ki, I qrup üzrə abituriyentlərin əsas seçimi yenə də kompüter mühəndisliyi, proqram təminatı, süni intellekt, informasiya təhlükəsizliyi və avtomatika kimi müasir texnologiyalarla bağlı sahələr olacaq:

"Bu ixtisasların reytinqi təkcə Azərbaycanda deyil, qlobal səviyyədə də yüksəlməkdədir. Bu səbəbdən də I qrup daxilində bu sahələrdə seçilən universitetlərdə və ixtisaslarda ciddi sıxlıq, yəni yüksək rəqabət olacaq".

Müsahibimiz onu da qeyd edib ki, II və III ixtisas qruplarına gəlincə, orada da bəlli tendensiyalar müşahidə olunur:

"II qrupda iqtisadiyyat, maliyyə, idarəetmə və mühasibatlıq kimi sahələrə maraq stabildir. III qrupda isə hüquqşünaslıq yenə ən çox seçilən ixtisas olacaq. Bununla yanaşı, müəllimlik və sosial elmlərə maraqda nisbi azalma müşahidə oluna bilər. Əvvəlki illərdə bu sahələri sadəcə "alternativ" olaraq seçənlərin sayı bu il daha ehtiyatlı qərar verə bilər".

Ekspert diqqətə çatdırıb ki, yekun olaraq 2025-ci ilin ixtisas seçimi mərhələsi strateji baxımdan həssas dövrdür:

"Bu mərhələdə gənclərin yalnız yüksək bal toplamasına deyil, eyni zamanda həmin balı öz bacarıqlarına, maraqlarına və əmək bazarının real ehtiyaclarına uyğun istiqamətlə yönəltməsinə diqqət yetirilməlidir. Uğur yalnız balda deyil - düzgün qərar, məqsədyönlü seçim və ardıcıl inkişafda gizlidir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri