Dinamo nun belə oyunla Bakıda çətinliklərdən qaça biləcəyinə şübhə edirəm
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna millisi tarixinin ilk qolunun müəllifi İvan Getsko Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"sunun "Qarabağ"la ilk matçdakı (1:0) oyununu qiymətləndirib.
Sportal.az xəbər verir ki, yerli mətbuata danışan veteran hücumçu Kiyev təmsilçisinin Bakıdakı cavab matçında çətinlik çəkəcəyini bildirib:
"İqor Kostyukun yetirmələrini nümayiş etdirdikləri xarakterə görə tərifləyərdim. Lublindəki ilk qarşılaşmada onlar güclərinin son həddində oynamağa hazır idilər. Bu, "Dinamo"ya ağdamlılara qarşı mübarizə aparmağa kömək etdi. Digər komponentlərə gəldikdə isə, təəssüf ki, oyunla bağlı suallar kifayət qədərdir. Hələ debütdə vurulan və qələbə qazandıran qol da daha çox təsadüf idi. Matvey Ponomarenko inadkar oldu və öz qonaqların müdafiəçisini kobud səhvə görə cəzalandırdı.
"Qarabağ"ın futbolçuları, o cümlədən monteneqrolu Marko Yankoviç Lublində maraqlı görünürdü. Kiyevlilərdə demək olar ki, heç nə alınmırdı, çünki həm topa nəzarətdə, həm də ötürmələrdə çatışmazlıqlar çox idi. Yaxşı ki, oyun "Dinamo"nun minimal qələbəsi ilə başa çatdı. Belə oyunla Bakıda çətinliklərdən qaça biləcəklərinə şübhə edirəm. Bəlkə də, ən yaxşı halda, əzmkarlıqları və şansları sayəsində heç-heçəni saxlaya biləcəklər. Çünki etiraf etmək lazımdır ki, "Dinamo"nun hər bir xəttində zəifliklər var".
saytlarin hazirlanmasi
Baxış sayı:133
Bu xəbər 09 Avqust 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















