Icma.az
close
up
RU
Viranəlikdən Cənnətə, çətinliklərdən ASANlığa

Viranəlikdən Cənnətə, çətinliklərdən ASANlığa

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıdan çıxıb üzü Cəbrayıla doğru gedirik. O Cəbrayıla ki, hələ cəmi 5 il əvvəl ora azərbaycanlı ayağı dəymirdi. O torpaqlara ki, şəhidlərimizin, qazilərimizin sulanmış qanı ilə azad edilib. Ona görə də insanı qəribə hisslər bürüyür...
Adam hələ də tam inana bilmir. Bir tərəfdən Qusara, Lənkərana, Qazaxa və s. digər rayonlarımıza gedirmiş kimi yola çıxırsan, digər tərəfdən isə elə bilirsən ki, bizim üçün tam başqa bir ölkəyə və ya yeni kəşf edilmiş hansısa torpağa gedirsən, yaxud da zaman tunelində keçmişə səyahətdəsən...Cəbrayıla yaxınlaşdıqca həyəcan daha da artır. Əvvəlcə 9 il əvvəl Azərbaycan ordusu tərəfindən azad edilmiş Lələtəpənın yaxınlığından, daha sonra cəmi 5 il əvvəl qızğın döyüşlərin getdiyi, ermənilərin dağıdıb xarabazarlığa çevirdiyi ərazilərdən keçirik. Birdən yolun üzərində qurulmuş nəzarət-buraxılış məntəqəsindəki polis əməkdaşının “Zəhmət olmasa, sənədlərinizi təqdim edin!” sözlərini eşidirik. Hər şey qaydasındadır, yolumuza davam edirik.

Yol boyu xarabalıqlar davam edir. Oralarda sanki kabus dolaşır... Daha sonra gözümün önündə döyüş səhnələri, şəhidlərimiz, qələbə sevinci canlanır. Gözümdən bilaixtiyar axan göz yaşlarını silirəm ki, yol yoldaşlarım görməsin. Ardınca qarşımıza çıxan mənzərəni görəndə təəccüblənməyə bilmirsən. Xarabalıqların ortasında cənnət yaradılır. Ətrafda dayanmadan tikinti işləri gedir, növbəti ağıllı kənd salınır. Birdən Cəbrayılın özünə - xarabalıqlardan dirçəlmiş yeni şəhərə çatırıq. Eyvanlardan asılan Azərbaycan bayraqlarını, burada qaynayan həyatı gördükcə adamın urəyi riqqətə gəlir, az qalır məhvərindən çıxsın...Nəhayət, avtobusumuz dayanır və biz şəhərin kənarında təyin olunmuş məntəqəyə çatırıq. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) xüsusi təchiz edilmiş iri avtobusu, yanında da bir neçə yerli sakin dayanıb. İki gündür ki, onlara səyyar şəkildə ASAN xidmət göstərilir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev dedi ki, daha öncə Zəngilan rayonunun Ağalı və Tərtərin Talış kəndlərində vətəndaşlara səyyar şəkildə xidmət göstərilib. İndi isə əməkdaşlar Cəbrayılda xidmət başındadırlar: “Məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də əzəli, dədə-baba torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərini daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, onlar üçün əlçatanlığı təmin etmək, vətəndaş məmnunluğuna nail olmaqdır”.

Müşahidələrimiz göstərdi ki, rahatlıq və əlçatanlıq haqqında deyilənlər əbəs deyilmiş. Xidmətin avtobusuna yaxınlaşan hər kəs - uşaqdan böyüyədək, məktəblidən tutmuş ağsaqqal təqaüdçüyədək hamı razılıq edirdi. Bundan əlavə, onların çöhrəsində qəribə bir sevinc, məmnunluq hissi sezilirdi.
Məsələn, doğma torpaqlarına dönməsini hər zaman arzuladığını deyən Səfiyar Süleymanovun sözlərinə görə, uzun illər düşmən tapdağı altında olan doğma torpağında öz dövlətinin xidmətlərindən istifadə etməyin sevinci bir başqadır. Ağsaqqalı təəccübləndirən şeylərdən biri isə göstərilən xidmətin səviyyəsi idi:
“Deyirdim ki, torpaqlarımız azad edilsin, ora birinci köçənlərdən biri mən olacam. Elə də oldu. Çox gözəl duyğudur. İndi isə pasportumu dəyişmək üçün “ASAN xidmət”in avtobusuna gəldim. Heç 15 dəqiqə çəkmədi, az qala evimin içində sənəd-sünəd işlərimi qaydasına qoydum. Sabah da gəlib təzəsini alacam. Bundan gözəl nə ola bilər?!”

Hələ 8-ci sinif şagirdi ikən Cəbrayılı tərk etməyə məcbur olan Fəridə Mirkişiyeva bir il öncə, yəni düz 31 ildən sonra doğma el-obasına dönüb. Özü də bu dəfə artıq müəllim kimi. Fəridə xanım deyir ki, bu qədər müddətdən sonra azad edilmiş doğma vətənində Azərbaycanın dövlət xidmətlərindən yararlanmaq ona çox xoşdur:
“Burda yaşamaq hər gün gözəldir. Buranın hər daşı, torpağı bizə doğmadır. Bəzi çətinliklər var, bəlkə kənar adam gəlib burda bezə bilər. Amma Cəbrayıl bizə doğma olduğundan biz o çətinliyi hiss etmirik, gözümüzə görünmür. Əvvəllər əsasən Bakıda “ASAN xidmət”ə gedirdik. İndi isə bu xidmətlərdən birbaşa gözəl Cəbrayılımızda yararlanmaq çox xoşdur. Bunu sözlə ifadə etmək olmur. Özü də müəllim kollektivi ilə gəlmişik. Qısa müddətdə gəlib işimizi həll etdik, qayıdırıq”.
Artıq 1 ildən çoxdur doğma torpağına qayıdaraq yanacaqdoldurma məntəqəsində işləyən və gələcəklərini bu torpaqlarda qurmağı planlaşdıran Ruslan Mahmudov isə “ASAN xidmət”dən yararlanmağa ailəvi - daim gülümsəyən həyat yoldaşı Əzizə xanım və 6 aylıq qızı Ömürlə gəlib. Ruslan deyir ki, bu, onlar üçün sanki həm də bir əyləncə, hansısa bayram tədbiri kimi bir şeydir:

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onların sayəsində bu torpaqlardayıq, burda yaşayırıq. Çox gözəl duyğudur. Üstəgəl bu torpaqlarda bizə səyyar formada da olsa, dövlət xidmətlərinin göstərilməsi çox yaxşısıdır, işlərimizi asanlaşdırır. Cəbrayılda “ASAN xidmət” mərkəzi olmadığına görə, adətən ya Bakıya gedirik, ya da başqa rayonlara. Bir neçə dəfə məcbur olub işlərimə görə getmişəm. Amma indi 3 günlük işimi bir saata həll elədim, özü də əlavə xərcim çıxmadan. Evmin içində, rahatlıqla.”
Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov da deyir ki, işğaldan azad edilmiş ərazilərdə insanlara xidmət göstərməyin ayrıca ləzzəti var: “Cəbrayıl şəhərində Səyyar ASAN xidmətin göstərilməsinə sentyabrın 22-dən başlanılıb və ayın 26-dək davam edəcək. İşğaldan azad edilmiş ərazilərində ASAN xidməti təşkil etməyin hələlik bəzi çətinlikləri var. Amma bu çətinliyin içində də bir ləzzət hissi var. Çünki biz çox sevincli və qürurluyuq, çox xoşdir. Burda xidmət etmək digər məntələqələrdən fərqli bizə ayrı bir xoşbəxtlik bəxş edir, xüsusi zövq verir. İnşallah, işğaldan azad edilmiş digər ərazilərimizdə də səyyar şəkildə vətəndaşların “ASAN xidmət”lərdən istifadəsi təşkil ediləcək”.

Olduğumuz yerdən hündür bir təpə görünür. Təpənin başında Azərbaycan bayrağının rənglərinə boyanmış xəritəmiz həkk olunub. Ara-sıra yaxınlıqda hərbçilərin avtomat və artilleriya silahlarından təlim atışlarının səslərini eşidirik. Bir yandan da şəhərdə qızğın tikinti və abadlıq işləri gedir. Simvolik bir mənzərə yaranıb. Sanki bizə deyir ki, Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir, vaxtilə ermənilərin viran qoyduğu, dözülməz ağrı-acılar yaşamız torpaqlarımız isə tezliklə həyatın tam qaynadığı və işlərin lap asanlaşdığı bir cənnətməkana çevriləcək. Özü də çox tezliklə...
İlkin İzzət Bağırov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri