Icma.az
close
up
RU
Dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildirilib

Dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildirilib

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var.

APA xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin sabiq rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, dövlət məhkumların da şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır: “Qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır. Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil. Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər. Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur. Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir”.

Malik Ələkbərov dindar məhkumlarla bağlı təklifə də münasibət bildirib: “Layihədə onlara Ramazan bayramında xüsusi rejim tətbiq olunması təklif edilir, amma bu da məqsədəuyğun deyil. Çünki o, 4-də durub səhər imsak etsə, rejim pozula bilər. Bu təklifə yenidən baxılmalıdır”.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri