Icma.az
close
up
RU
“Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı panel sessiya təşkil olundu

“Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı panel sessiya təşkil olundu

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans çərçivəsində “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı panel sessiya təşkil olunub.

Metbuat.az xəbər verir ki, panel sessiya Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçirilib.

Paneldə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev, “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidentinin müşaviri, Əməkdar jurnalist Etibar Babayev və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Amin" proqramının aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgün iştirak ediblər.

Aqil Şirinov vurğulayıb ki, ilahiyyatçılarla media nümayəndələri arasında koordinasiya hər zaman olmalıdır. O qeyd edib ki, komitənin tərkibindəki İlahiyyat İnstitutu bu sahədə media mənsubları ilə əməkdaşlığa hazırdır.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev qeyd edib ki, Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqları və mənəvi dəyərləri hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır.

“APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı isə vurğulayıb ki, hazırda Azərbaycan mediasının dini məlumatlarla bağlı həssaslığı on qat artmalıdır:

"Çünki sosial şəbəkələrdə adi məlumatlar belə çox ciddi manipulyasiya vasitəsinə çevrilə bilir. Bununla mübarizə aparmaq üçün media nümayəndələri ilə treninqlər, qarşılıqlı görüşlər çox olmalıdır".

Panel müzakirələrlə davam edib.

Qeyd edək ki, konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 İyul 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri