Icma.az
close
up
RU
Dinî idarəçilik sterotipi dağılıb: Vaqif Abdullayev yazır

Dinî idarəçilik sterotipi dağılıb: Vaqif Abdullayev yazır

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İranda baş verən son proseslər və dini rejimə qarşı etiraz edən insanların gülləbaran edilməsi yaxın coğrafiyamızda vəziyyətin olduqca kritikliyindən xəbər verir.
Bəziləri xalqın etiraz yürüşlərinə Qərbdən -ABŞ-dan dəstək gələcəyini və hətta “xarici müdaxilə” nəticəsində dini rejimin yıxılacağını düşünsə də, bu ehtimalın inandırıcılıq gücü zəifdir. Çünki İranda cəmiyyətin böyük kəsimlərində Amerikaya və İsrailə qarşı nifrət hissi güclüdür. Müdaxilə isə etirazları daha da səngitməklə hakimiyyətin daha çox xeyrinə ola bilərdi.
Əlbəttə, ABŞ və Avropa baş verənləri çox dəqiqliklə izləyir, prosesin tam “yetişməsini”, Trampın da dilindən qaçırdığı kimi “kimin önə çıxacağını görmək” istəyir.
Çünki Xalqı birləşdirən yetkin və nüfuzlu liderin və etirazçıları birləşdirəcək siyasi hərəkatın olmaması inqilabın baş verməsini sona çatdırmadı.
Önə çıxacaq – mücadilə ideyasını və xalqı mütəşəkkil şəkildə vahid həmrəylik blokunda cəmləşdirəcək rəhbərin yoxluğu Qərb tərəfindən açıq etiraf edilir.
Çoxları fikirlərşir ki, Qərbə sığınmış şahın oğlu Rza Pəhləvini dəstəkləyə bilərdi. Beynəlxalq siyasi beyin mərkəzləri çox yaxşı bilirlər ki, liberal iranlıların Cevad şah şüarları – keçmiş şahın oğluna dəstək sloqanları siyasi ehtirasların öləzimiş instiktidir. “Cevad şah” heç bir siyasi nüfuza malik deyil və birləşdirici fiqur xarizması və ya geridönüşü sıfıra bərabərdir. Çünki Pəhləvi faktoru İranda birləşdirici yox, əksinə ayırıcı fiqurdur.
Məhz Pəhləvi obrazından məharətlə istifadə edən Xamenei rejimi etirazçılar arasındakı birliyi pozdu, araya üçüncü qüvvəni saldı və dinə nifrət edən şahpərəstlərin “məscid yandırmalarını”, “müqəddəs dəyərlərə qarşı hörmətsizlik rituallarını” çox ustalıqla təşkil edərək milli birliyə zərər vurdu.
Bütün bunlara baxmayaraq, İran cəmiyyəti və dövləti radikal dəyişikliklər astanasındadır və post-Xamenei dövrünün başlanması üçün şərait yetişməkdədir.
İranın tanınmış ictimai xadimləri və sağlam düşüncə sahibləri də artıq Tehrandakı dini rejimin ölkəni idarə bilmək potensialının bitdiyini, Dini Şuranın milli dövlət maraqlarına zərər verdiyini etiraf edirlər. Tanınmış hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı olmuş Həmədanlı Şirin Ebadi son baş verən hadisələrin mümkün həll yolu kimi Xamenei komandasının könüllü şəkildə hakimiyyətdən çəkilməsini məsləhət bilir. İranlı məşhur kinorejissor Möhsün Məxməlbaf isə hazırkı ifarəşiliyin İranı arzuolunmaz qaranlıq tunelə aparacağından narahalığını ifadə edib.
Gerçək siyasi situasiya ondan ibarətdir ki, artıq İranda dini idarəçilik streotipi dağılıb, Xameneinin obrazında islam dövləti məfhumu cəmiyyətdə ikrah doğurur.
Hətta dini ideologiyanın tərəfdarları da “Vilayəti-fəqih” üsül-idarəsinin süquta uğradığını anlayırlar. Çünki molla rejimi bütün dünya ilə normal münasibətlərdən, inteqrasiyadan, sivil tərəfdaşlıqdan məhrumdur, özünütəcrid siyasəti başqa ölkələrə düşmən münasibəti formalaşdırır.
Dini hakimiyyətin konkret proqramı, gələcəyə baxışı, strateji məqsədi bəlli deyil.
Ona görə də, bu cür idarəçiliyin davam etməsi mümkün deyil. Mövcud rejim qəddarlıqla kütləvi etiraz dalğasının qarşısını almağa çalışsa da, izdihamlı fırtına qaçılmazdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Yanvar 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri