Icma.az
close
up
RU
Doğru yolun sahibi Vaqif Abdullayev yazır

Doğru yolun sahibi Vaqif Abdullayev yazır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


İranda baş verən təlatümlü situasiyalar bir qonşu dövlət, 30 milyondan çox soydaşımızın və eləcə də digər xalqların nigarançılığını yaşayan ölkə kimi bizi də narahat etməyə bilməz.
Ölkəni 50 ilə yaxındır ki, qan və qada, edam təfəkkürü ilə idarə edən mollakratiya bugünkü arzuolunmaz vəziyyətlə üzləşdirib, radikal dəyişikliklərin astanasına gətirib.
Qurani-Kərimin “Ənam”surəsinin 123-cü ayəsində bəyan deyilir: “Biz hər bir topluda günahkar camaatın başçılarını hiylə-kələk işlədən etdik. Lakin onlar yalnız özlərinə hiylə-kələk işlədirlər və bunu dərk etmirlər”. “İsra” surəsinin 16-cı ayəsində isə belə buyurulur: “Biz hər hansı bir cəmiyyəti həlak etmək istəyəndə onların böyüklərinə və əyyaşlarına əmr edirik. Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər. Beləliklə, Bizim qəti və əzəli hokmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik”.
İslam dövlətinin ideoloqları – Dini Şuranın rəhbəri Xomeneyi və ayətullahlar müqəddəs kitabın həmin ayələrindən nəticə çıxarmadığından bu gün Tanrının hökmü və taleyin acı sınağı ilə üz-üzə qalıblar.
Siyasi sosiologiyada belə bir anlayış var- yuxarılar dövləti idarə edə bilmir, aşağıdakılar yuxarılara tabe olmaq istəmir. Bu sosio-ictimai nizamın pozulması xaosa – inqilaba səbəb olur.
İnqilablar dağıdıcılıqla bitir, bu isə çoxsaylı itkilərə səbəb olur. Ona görə də, çox istərdik ki, qonşu ölkədə dəyişilmələr dinc və islahatlar yolu ilə baş versin.
Hazırda ölkədə daxili gərginlik, kritik situasiyalar yaranıb. Mollakratiya ölkənin və xalqın taleyini deyil, özünün şəxsi həyatını düşünür və heç bir kompromislərə getmək istəmir.
İranda dərin və əhatəli demokratik islahatların aparılması qaçılmazdır. Ölkəni teokratik idaretmə modeli tamamilə çürüyüb və liberal institisional dövlət kursu öz siqnallarını verir.
Yaranmış gərginliyi isə yalnız danışıqlar və qarşılıqlı anlaşma, dünyəvi yanaşma və islahatlar yolu ilə həll etmək mümkündür.
İran dövlətinin taleyini və müqəddəratı üçün yalnız Prezident Məsud Pezeşkianı və onun liberal fikirli komandasının gecə-gündüz çalışdığını, dövlətin milli maraqlarının qorunması üçün beynəlxalq təşkilatlar, xarici ölkələrlə sıx dialoqlar apardığını müşahidə edirik.
Məsud Pezeşkiana son 2 gündə güvəndiyi siyasi liderlərdən Cənab Rəcəb Tayyib Ərdoğana və Cənab İlham Əliyevə zəng etməsi dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin inkişaf etdirilməsinə çalışması onun türk oğlu kimi həqiqi lider olmasından xəbər verir.
Telefon danışğı zamanı İlham Əliyevin türk qardaşına bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə etməsi və Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirməsi də ona dəlalət edir ki, Məsud bəy demokratik, dünyəvi dövlət quruculuğunda Azərbaycana və Türkiyəyə güvənir.
Qurani-Kərimin “Ta-Ha”surəsinin 135-ci ayəsində bəyan edilir: “Hər birimiz gözləyirik. Tezliklə dogru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tutmasını biləcəksiniz”.
Əminik ki, İran xalqı doğru yolun sahibi kimi Pezeşkian ətrafında sıx birləşərək demokratik dövlət, rifahlı cəmiyyət qura biləcəklər.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri