Icma.az
close
up
RU
Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edildi

Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edildi

Icma.az bildirir, Milli.az portalına istinadən.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib.

Milli.Az-ın məlumatına görə, bəyanatda qeyd edilib ki, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti 2024-cü il noyabrın 5-6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilib.

"Dünya dinləri yaşıl planet naminə" şüarı altında keçirilən Sammit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimləri iştirak ediblər.

"Dünya Dinləri Yaşıl Planet Naminə" Sammitinin İştirakçıları Qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından öz dərin narahatlıqlarını bildirərək, bu problemlərin səbəblərini müzakirə etmək üçün birgə səylərin sürətləndirilməsinin, sağlam ekosistemlərin yaradılması və təkmilləşdirilməsinin vacibliyini qeyd edərək;

2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən COP28 Dini Liderlərin Qlobal Sammitində imzalanmış "COP28 Dinlərarası Bəyanat"nı alqışlayaraq;

Zati-Müqəddəsləri Papa Fransisk və Əl-Əzhərin Baş İmamı Zati-Həzrətləri Şeyx Əhməd Əl-Tayyib tərəfindən 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə imzalanmış "İnsan Qardaşlığı, dünyada sülh və birgəyaşayış" adlı Sənədin dinlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətini qeyd edərək;

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə himayədarlığına, göstərdiyi özəl diqqətə və Tədbirin ünvanına dərin məzmunlu Müraciətinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə minnətdarlığını bildirərək və COP29-un işində uğurlar arzulayaraq;

Qarşılıqlı etimad, birlik, harmoniya və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalararası və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyini vurğulayaraq;

Azərbaycan Respublikasının iqlim böhranı ilə mübarizədə və ekoloji problemlərin həllində liderlik etməsini və bu kontekstdə 2024-cü ilin "Yaşıl Dünya naminə Həmrəylik İli"nin elan edilməsini alqışlayaraq;

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi"nin və sivilizasiyalararası dialoqun inkişafına yönəlmiş Qlobal Mədəniyyətlərarası Dialoq forumlarının, eləcə də Bakı Beynəlxalq Humanitar Forumlarının, Dünya Dini Liderlərinin Zirvə toplantılarının, eləcə də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun və Bakı Beynəlxalq "Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq" Konfransının əhəmiyyətini vurğulayaraq;

Digər mühüm dini forumların, o cümlədən, Dünya və Ənənəvi Dinlər Liderlərinin Astana Qurultaylarının, Bəhreyn Dialoq Forumunun, G20 Dinlərarası Forumlarının, İqlim Dəyişikliyi üzrə daha əvvəl COP çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitinin və "Səudiyyə Media Forum"unun əhəmiyyətini qeyd edərək, bunların qarşılıqlı etimada, birlik və harmoniyaya töhfələrini vurğulayaraq;

Dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayaraq;

Silahlı münaqişələrin, terror aktlarının, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı ekoloji fəlakətlərlə, habelə mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, ekosid və urbisid aktlarının və onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıq ifadə edərək;

Dövlətlərə, beynəlxalq, regional, dini, ictimai təşkilatlara və dini liderlərə müraciət edərək:

- iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ictimai müzakirələrdə fəal iştirak etməyə, daha yaşıl gələcəyə baxışı reallaşdırmaq üçün qlobal dəstəyi gücləndirməyə;

- insan həyatının və təbiətin müqəddəsliyini tanımağa, bütün canlıları və təbiəti qorumaq dəyərlərinə hörmət etməyə, ekoloji bərabərlik və ədaləti müdafiə etməyə;

- qlobal iqlim böhranının aradan qaldırılması və təbiətin qorunması üçün dünyada istilik hərarətinin artımı həddinin 1,5 dərəcədə saxlanılması prosesində daha fəal rol oynamağa;

- ekoloji problemlərin həllinin və təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsinə töhfə verən süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunmasını tövsiyə etməyə;

- süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları barədə xəbərdarlıq edərək, müasir texnologiyaların istafədəsi zamanı müşayiət oluna biləcək risklərin nəzərə alınmasına və süni intellektin nəzarətsiz tətbiq edilməsinin ekoloji böhranları həll etmək əvəzinə daha da artmasına səbəb olmaması üçün alimlər, qanunvericilər, siyasət xadimləri, dini liderlər, beynəlxalq və ictimai təşkilatlar arasında əməkdaşlığı təşviq etməyə;

- Paris İqlim Sazişinin uzunmüddətli məqsədlərinin həyata keçirilməsinə və irəliləməsinə dəstək vermək üçün birgə çalışmağa;

- müxtəlif din və əqidə nümayəndələrinin, siyasətçilərin, akademik dairələrin, din alimlərinin, qadınların, gənclərin, yerli əhalinin və icmaların, vətəndaş cəmiyyətinin, işgüzar dairələrin və digər maraqlı tərəflərin birgə müzakirələrə cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim dəyişikliyi ilə mübarizədə inklüziv prosesi təşviq etməyə;

- ərzaq təhlükəsizliyinin təmin olunmamasına səbəb olan, təbii su anbarlarını və hövzələrini məhv edən, torpağı deqradasiyaya məruz qoyan, iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərə mane olan silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq üçün çağırış və fəal iş aparmaqla qlobal sülh gündəliyinə töhfə verməyə;

- terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin adından sui-istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinə;
- media və informasiya texnologiyaları vasitəsi ilə zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;

- dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;

- gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq, insan qardaşlığı, habelə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması mövzusunda maarifləndirilməsini və bu proseslərdə Kütləvi İnformasiya Vasitələrinin rolunu təşviq etməyə;

- təmiz, sağlam, sabit və dayanıqlı cəmiyyətlərdə insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verməyə;

- iqlim dəyişikliyi ilə mübarizədə onların xüsusi əhəmiyyətini vurğulayan təbii su anbarlarının və hövzələrinin məsuliyyətsiz və həddindən artıq istifadəsini pisləməyə;

- iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində dinlərin və inancların potensiallarından daha səmərəli istifadə etməyə;

- dini, mədəni və etnik müxtəlifliyin qorunmasına, bunlara hörmət edilməsinə dəstək verməyə, dünya dinlərinin mənəvi-əxlaqi dəyərlərinə əsaslanan ekoetikanı təbliğ etməyə çağırırlar.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri