Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi qəbul edilib.

Ölkə.az xəbər verir ki, bəyanatda deyilir:

“Qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından öz dərin narahatlıqlarını bildirərək, bu problemlərin səbəblərini müzakirə etmək üçün birgə səylərin sürətləndirilməsinin, sağlam ekosistemlərin yaradılması və təkmilləşdirilməsinin vacibliyini qeyd edərək;

2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən COP28 Dini Liderlərin Qlobal Sammitində imzalanmış "COP28 Dinlərarası Bəyanatını alqışlayaraq;

Zati-Müqəddəsləri Papa Fransisk və Əl-Əzhərin Baş İmamı Zati-Həzrətləri Şeyx Əhməd Əl-Tayyib tərəfindən 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə imzalanmış "İnsan Qardaşlığı, dünyada sülh və birgəyaşayış" adlı Sənədin dinlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətini qeyd edərək,

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə himayədarlığına, göstərdiyi özəl diqqətə və tədbirin ünvanına dərin məzmunlu müraciətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək və COP29-un işində uğurlar arzulayaraq;

Qarşılıqlı etimad, birlik, harmoniya və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalararası və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən, multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyini vurğulayaraq;

Azərbaycanın iqlim böhranı ilə mübarizədə və ekoloji problemlərin həllində liderlik etməsini və bu kontekstdə 2024-cü ilin "Yaşıl Dünya naminə Həmrəylik İli"nin elan edilməsini alqışlayaraq;

Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi"nin VƏ sivilizasiyalararası dialoqun inkişafına yönəlmiş Qlobal Mədəniyyətlərarası Dialoq forumlarının, eləcə də Bakı Beynəlxalq Humanitar Forumlarının, Dünya Dini Liderlərinin Zirvə toplantılarının, eləcə də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun və Bakı Beynəlxalq "Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq" Konfransının əhəmiyyətini vurğulayaraq;

Digər mühüm dini forumların, o cümlədən, Dünya və Ənənəvi Dinlər Liderlərinin Astana Qurultaylarının, Bəhreyn Dialoq Forumunun, G20 Dinlərarası Forumlarının, İqlim Dəyişikliyi üzrə daha əvvəl COP çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitinin və "Səudiyyə Media Forum"unun əhəmiyyətini qeyd edərək bunların qarşılıqlı etimada, birlik və harmoniyaya töhfələrini vurğulayaraq;

Dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayaraq;

Silahlı münaqişələrin, terror aktlarının, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı ekoloji fəlakətlərlə, habelə mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, ekosid və urbisid aktlarının və onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıq ifadə edərək;

Dövlətlərə, beynəlxalq, regional, dini, ictimai təşkilatlara və dini liderlərə müraciət edərək:

- iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ictimai müzakirələrdə fəal iştirak etməyə, daha yaşıl gələcəyə baxışı reallaşdırmaq üçün qlobal dəstəyi gücləndirməyə;

- insan həyatının və təbiətin müqəddəsliyini tanımağa, bütün canlıları və təbiəti qorumaq dəyərlərinə hörmət etməyə, ekoloji bərabərlik və ədaləti müdafiə etməyə;

- qlobal iqlim böhranının aradan qaldırılması və təbiətin qorunması üçün dünyada istilik hərarətinin artımı həddinin 1,5 dərəcədə saxlanılması prosesində daha fəal rol oynamağa;

- ekoloji problemlərin həllinin və təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsinə töhfə verən süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunmasını tövsiyə etməyə;

- süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları barədə xəbərdarlıq edərək, müasir texnologiyaların istifadəsi zamanı müşayiət oluna biləcək risklərin nəzərə alınmasına və süni intellektin nəzarətsiz tətbiq edilməsinin ekoloji böhranları həll etmək əvəzinə daha da artmasına səbəb olmaması üçün alimlər, qanunvericilər, siyasət xadimləri, dini liderlər, beynəlxalq və ictimai təşkilatlar arasında əməkdaşlığı təşviq etməyə;

- Paris İqlim Sazişinin uzunmüddətli məqsədlərinin həyata keçirilməsinə və irəliləməsinə dəstək vermək üçün birgə çalışmağa;

- müxtəlif din və əqidə nümayəndələrinin, siyasətçilərin, akademik dairələrin, din alimlərinin, qadınların, gənclərin, yerli əhalinin və icmaların, vətəndaş cəmiyyətinin, İşgüzar dairələrin və digər maraqlı tərəflərin birgə müzakirələrə cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim dəyişikliyi ilə mübarizədə inklüziv prosesi təşviq etməyə;

- ərzaq təhlükəsizliyinin təmin olunmamasına səbəb olan, təbii su anbarlarını və hövzələrini məhv edən, torpağı deqradasiyaya məruz qoyan, iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərə mane olan silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq üçün çağırış və fəal iş aparmaqla qlobal sülh gündəliyinə töhfə verməyə;

- terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin adından sui-istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinə;

- media və informasiya texnologiyaları vasitəsi ilə zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;

- dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;

- gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq, insan qardaşlığı, habelə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması mövzusunda maarifləndirilməsini və bu proseslərdə Kütləvi İnformasiya Vasitələrinin rolunu təşviq etməyə;

- təmiz, sağlam, sabit və dayanıqlı cəmiyyətlərdə insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verməyə;

- iqlim dəyişikliyi ilə mübarizədə onların xüsusi əhəmiyyətini vurğulayan təbii su anbarlarının və hövzələrinin məsuliyyətsiz və həddindən artıq istifadəsini pisləməyə;

iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində dinlərin və inancların potensiallarından daha səmərəli istifadə etməyə;

- dini, mədəni və etnik müxtəlifliyin qorunmasına, bunlara hörmət edilməsinə dəstək verməyə, dünya dinlərinin mənəvi-əxlaqi dəyərlərinə əsaslanan ekoetikanı təbliğ etməyə çağırırlar".

Qeyd edək ki, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilib. "Dünya dinləri yaşıl planet naminə" şüarı altında keçirilən Sammit Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimləri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see398

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see315

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see266

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see244

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see240

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see237

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see236

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see231

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see228

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see224

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see223

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see212

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see209

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see206

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see197

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see181

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see181

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see176

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri