Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Dini nikahda boşanma: kəbin geri oxunmadan yenidən evlənmək...

Dini nikahda boşanma: kəbin geri oxunmadan yenidən evlənmək...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəbinlə bağlı məsələlər cəmiyyətdə hələ də müzakirə və mübahisə doğuran mövzulardandır. Qanuni boşanma məhkəmə vasitəsilə həyata keçirilir, lakin kəbin mollaya geri oxunmadıqda, dini baxımdan evlilik qüvvədə qalır. Buna dırnaqarası yanaşanlar isə dini nikahı ləğv etdirmədən başqa biri ilə evlənməyə çalışırlar ki, bu da həm dinə, həm də əxlaqi prinsiplərə ziddir. Xüsusilə kişilər arasında bir neçə dəfə kəbinə cəhd hallarına rast gəlinir.

Bəs biri geri oxunmadan digər kəbinə icazə varmı? Kəbinli şəxsin başqa biri insanla evlənməsi günah sayılırmı?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, islam dinindəki kəbin anlayışı bəzi düşüncələrimizdəki kəbindən çox dərindir.

Onun sözlərinə görə, kəbinin dinimizdəki mahiyyəti yalnız səadətə, ailənin möhkəmliyinə və bu dünyadakı vəziyyətinə təsir etməklə kifayətlənmir, həm də onun axirət yönünə də təsir edən bir ibadət sayılır:

“Kəbin sadəcə ibadət deyil, ona bu cür yanaşılmamalıdır. Eyni zamanda, mollaların əlində oyuncaq kimi görünməməlidir. Kəbinin hökmü Allaha bağlıdır. Quranda Rəbbimiz kəbinlə bağlı əmr verir və bunu inanan insanlardan tələb edir. Lakin bu işin icrası din xadimlərinin üzərinə düşür. Ölkəmiz sosial dövlət olduğundan, qanunlarımızda nikah daha fərqli bir şəkildə tənzimlənir. Mənəviyyatımızda isə nikahın hökmü 1400 il bundan əvvəl olduğu kimi bu gün də qüvvəsini qoruyub saxlayır. Çünki nikahın şərtləri dəyişməyib. Birinci şərt isə tərəflərin razılığıdır. Bu gün də belədir, valideynlərin razılığı tələb olunur. Həmçinin, ədəbli və əxlaqlı dünyagörüşü olan insanlar valideynlərinin xeyir-duasını almağı üstün tuturlar. Boşanma dilimizdə heç vaxt xoş qarşılanmayıb. Peyğəmbərimiz əleyhissalam buyurub ki, evliliyin sevinci kainatdakı mələkləri, boşanma hadisəsi şeytanları sevindirir. Hədislərdə qeyd olunur ki, Yer üzündə boşanma baş verdikdə ərşin sütunları silkələnir. Boşanma çox xoş olmayan bir haldır və peyğəmbərimiz buyurub ki, halal işlər içərisində ən xoşlanılmayanı boşanmadır”.

Ağa Hacıbəyli

İlahiyyatçı deyib ki, bir xanımın iki nikahı ola bilməz:

“Bu, dində qadağandır və caiz deyil, islamda buna zina kimi baxılır. Lakin kişiyə bəlli şərtlər daxilində ikinci evlilik haqqı verilib. Amma bu, kişinin boşanmaq istədiyi və ya boşanması lazım olan xanımdan boşanmamaq üçün onu süründürməsi mənasını vermir. Bunlar nə əxlaqa uyğundur, nə də islam ədəbinə və Allah qarşısındakı vəzifəsinə. Əgər vəziyyət artıq dözülməzdirsə, ən gözəl həll boşanmadır. Amma boşanmanı süründürmək xoş deyil. Belə kişilər varsa, inanın ki, ikinci evlilikdən də xoşbəxt ola bilmirlər, çünki başqalarının göz yaşlarının üzərində səadət tapmaq mümkün deyil. Hər şeyi Allah görür. Tövsiyə edərdik ki, gənc nəslin hər bir fərdi evlənərkən nikahını düzgün, rəsmi şəkildə qursun. Yalnız iki nəfər şahidin iştirakı ilə deyil, ailə olaraq bir imamın qarşısında nikahını kəsdirsinlər”.

Ağa Hacıbəyli son olaraq vurğulayıb ki, nikah kəsildikdən sonra onun geri oxunması əvvəlki nikahın sona çatdığını bildirmək üçün lazımdır:

“Nikahı geri oxumaqla insanlara bəyan edilir ki, artıq filankəs ilə filankəs boşanıb və bu fərdlər azaddırlar. İstəyən ailə qura bilər, bunun üçün icazə verilir. Məsələnin mahiyyəti bundan ibarətdir”.

İlahiyyatçı Əkrəm Həsənov deyib ki, məsələ cəmiyyətdə hələ də problemli olaraq qalır:

Əkrəm Həsənov

“Təəssüf ki, bəzi gənclər evliliyi ciddi qəbul etməyib, tez-tez boşanırlar. Dini nikah – kəbin məsələsi isə hələ də düzgün anlaşılmır. Qanuni boşanma məhkəmə ilə həyata keçirilir, lakin kəbin mollaya geri oxunmadıqda, dini baxımdan evlilik qüvvədə qalır. Bu zaman insanlar dini nikahı pozmadan başqa biri ilə evlənməyə çalışır ki, bu həm dinə, həm də əxlaqa ziddir. İslamda nikah yalnız hüquqi deyil, həm də dini və mənəvi müqavilədir. Quranda nikah möhkəm bir əhd kimi təsvir olunur və ər-arvad bir-birinə qarşı məsuliyyət daşıyır. Kəbin mollaya geri oxunmadan qadının başqa biri ilə evlənməsi zina sayılır. Qurani-Kərimdə zinadan uzaq durmaq əmr edilir (İsra, 32)”.

İlahiyyatçı bildirib ki, burada qadınların deyil, kişilərin də məsuliyyətsiz davranışları var:

“Kəbin geri oxunmadan ikinci, üçüncü nikah bağlamağa cəhd etmək, nikahı oyuncaq halına gətirməkdir. Quranda kişiyə dörd qadınla evlilik icazəsi verilsə də, ədalət qorunmalıdır (Nisa, 3). Ədalət olmadan ikinci nikah haramdır. Boşanmış qadın iddə müddətini (3 ay və ya hamilədirsə doğuşa qədər) gözləmədən və kəbin geri oxunmadan yenidən evlənmək olmaz (Bəqərə, 228; Talaq, 4). Bu, həm dini, həm də mənəvi məsuliyyətdir. Nikah müqəddəs bir əhd olduğu üçün onun pozulması da eyni ciddiyyətlə həyata keçirilməlidir. Qanuni boşanma məhkəmədən keçdikdən sonra mollanın kəbinin geri oxuması zəruridir ki, hər iki tərəf harama düşməsin. Kəbinin geri oxunmaması və yeni evliliklərə məsuliyyətsiz yanaşma həm dini normalara, həm də insanlığa ziddir. İslam ailənin dağılmasını istəməsə də, ayrılıq qaçılmazdırsa, bu, şəriət qaydalarına uyğun, halallıqla baş verməlidir. Əks halda, pozuntular nə dinə, nə də insanlığa uyğundur”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:478
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri