Icma.az
close
up
RU
Dini kəbin harada KƏSİLMƏLİDİR?

Dini kəbin harada KƏSİLMƏLİDİR?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ailə quranlar rəsmi dövlət nikahı ilə yanaşı İslam qaydalarına uyğun olaraq dini kəbin də kəsdirirlər. Lakin dini kəbinin heç bir hüquqi əsası yoxdur. Yəni rəsmi nikah bağlanmasa, sadəcə dini kəbinlə cütlük ailə hesab edilməz.

Bəzi ailələr dini nikaha daha çox üstünlük verirlər, onlar hesab edirlər ki, dini nikah olmadan cütlüyün bir yerdə yaşaması günahdır. Valideynlər bəzən gənclərin iştirakı olmadan onların ad və soyadlarını deyərək dualar oxudub, dini kəbin kəsdirirlər.

Bəs dini kəbinin kəsilməsi üçün məkanın önəmi varmı? Kəbin mütləq ibadət olunan yerdə kəsilməlidirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, əslində dini kəbin anlayışı yanlışdır:

“Kəbin evlənən kişi ilə qadın arasında rəsmiləşdirmə aktıdır. Həddi buluğa çatmış, evlənmək iqtidarında olan iki şəxsin ər-arvad elan edilməsi əvvəlcə dövlətin rəsmi orqanı tərəfindən təsdiqlənməlidir. Əslində dini yaxud dinsiz deyə fərqli kəbin anlayışı yoxdur. Sadəcə bunu sonradan təsnifatlara bölüblər. Sanki dini kəbin ayrıdır. Onda belə çıxır ki, dövlətin təsdiq etdiyi kəbin dinsizdir? Şübhəsiz ki, bu belə deyil, kəbin kəbindir. Əksinə dövlətin təsdiq etdiyi nikah daha etibarlı olduğu üçün dini cəhətdən də etibarlı olan budur. Sadəcə insanların köhnə adətinə uyğun olaraq, adət baxımından rəsmi nikahdan sonra din xadiminə müraciət edib dua oxuda bilərlər”.

Kəbin kəsilərkən şahid məsələsinə gəldikdə isə ilahiyyatçı hesab edir ki, dövlətin təsdiq etdiyi kəbinin şahidə ehtiyacı yoxdur:

“Şahidlərin olması kəbinin gizli olmadığını, əsaslı olduğunu sübut etmək üçündür. Dövlətin təsdiq etdiyi kəbinin qüvvəsi heç bir şahidə ehtiyac yeri qoymur. İslam hüququnda kəbinə qoşulan şərtlərin hamısı nikahın sağlam olması üçündür.

Dövlət nikahı olmadan din xadiminin icra etdiyi kəbin batildir və nə dini, nə də qanuni cəhətdən doğrudur. Rəsmi din xadimi yalnız rəsmi nikahdan sonra kiməsə kəbin oxuya bilər. Din xadiminə iki vətəndaşı rəsmi olaraq ər-arvad elan etmək səlahiyyəti verilmir. Dünyəvi, hüquqi dövlətdə yaşayırıq, din də dövlətdən ayrıdır. Boşanma və digər miras məsələlərini də din xadimi, qazılar yox, məhkəmələr həll edir.

Əgər kiminsə dövlətin rəsmi nikahından sonra din xadiminin də təkrar nikah duası oxumasına mənəvi ehtiyacı olarsa, daxilən rahat olması üçün rəsmi din xadimlərinə müraciət edib dini adlandırılan kəbin də oxuda bilər.

Orta əsrlərdə din xadiminin kəsdiyi kəbin rəsmi xarakter daşıyıb yaxud həmin funksiyanı qazı adlanan ruhanilər icra edib. Ona görə belə bir ənənə qalıb ki, sanki mütləq din xadimi də kəbin kəsməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri