Icma.az
close
up
RU
Dini radikalizmlə mübarizədə gənclərin rolu müzakirə olunub

Dini radikalizmlə mübarizədə gənclərin rolu müzakirə olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qax, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici görüşdə səsləndirilib. Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ziyalılar, ağsaqqallar, təhsil, mədəniyyət və digər sahələrdə çalışan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bu cür maarifləndirici görüşlərin keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlət olduğunu qeyd edib, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Oxu” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edənlər ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, bütün dini konfesiyalara yaradılan şəraitdən, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıblar. Qeyd edilib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, İslam dininin yüksək mənəvi-əxlaqi, insani və ümumbəşəri prinsiplərinin cəmiyyətdə aşılanması, dini dəyərlərin düzgün təbliğ edilməsi, dinin siyasiləşdirilməsinə, o cümlədən milli təhlükəsizliyimizə edilən təhdidlərə qarşı mübarizənin gücləndirilməsi gənclərin dini radikalizmə meyilləndirilməsinin qarşısını ala bilər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

-1 / 3

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri