Icma.az
close
up
RU
Komitə sədrinin müavini: Tolerantlıq mühiti dini radikalizmlə mübarizədə mühüm rol oynayır AZƏRTAC

Komitə sədrinin müavini: Tolerantlıq mühiti dini radikalizmlə mübarizədə mühüm rol oynayır AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Ölkədə dini maarifləndirmə sahəsində, eyni zamanda, dövlət-din münasibətlərinin tənzimləməsi istiqamətində həyata keçirilən tədbirlər, tarixi-dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin təbliği, bir sözlə, tolerantlıq mühiti dini radikalizmlə mübarizədə mühüm rol oynayır. Bu sahədə maarifləndirici tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Növbəti belə tədbir də Naxçıvan Muxtar Respublikasında keçirilir. Konfransın formatı elə seçilib ki, burada rəsmi şəxslərlə yanaşı, ziyalılar, icma rəhbəri, din xadimləri, dinşünas alimlər, bu sahənin mütəxəssisləri iştirak edirlər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Sədr müavini qeyd edib ki, konfransın məqsədi Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dini siyasətin mahiyyətini yerlərdə insanlara daha dəqiq, daha aydın şəkildə çatdırmaqdır. Eyni zamanda dini radikalizmlə, dini ayrı-seçkiliklə mübarizədə maarifləndirmə işini gücləndirməkdir. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu mövzuda Naxçıvan Muxtar Respublikasında keçirdiyi ilk tədbirdir. Oxşar tədbirlər dekabr ayında Mingəçevir, Xaçmaz və Masallıda da keçiriləcək.

“Belə konfranslar davamlı olaraq keçiriləcək. Bu gün qlobal çağrışlar nöqteyi-nəzərdən regionda baş verən proseslər təlqin edir ki, biz dünyəvilik prinsipini daha çox təbliğ etməli, maarifləndirmə işini, dinin sağlam mənbələr əsasında yayılması istiqamətində fəaliyyəti gücləndirməliyik” , – deyə Gündüz İsmayılov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri