Dino Ndolovu: “Qarabağ”a qayıtmaq istəməyim heç kimə sirr deyil
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ”ın sabiq forvardı Dino Ndolovu apasport.az saytına müsahibə verib.
- “Qarabağ” Avropa Liqasının 5-ci turunda “Lion”a 1:4 hesabı ilə uduzub. Nəticə sizin üçün gözlənilməz oldu?
- Düzünü desəm, oyunu tam izləmədim. Bilirsiz, “Lion” Fransada və dünyada böyük klubdur. Onlar illərdir ki, avrokuboklarda oynayırlar, təcrübələri çoxdur. “Qarabağ” hələ də Avropa Liqasında öz tarixlərini yaradırlar. Ona görə də uduzacaqları gözlənilirdi. Bu da normal haldır. “Qarabağ” “Lion”a qarşı layiqli futbol oynadı. Hər şey zamanla olur. “Qarabağ” da bunu edir, çox da yaxşı bacarır.
- “Qarabağ" bu mövsüm böyük klublara - "Tottenhem", "Ayaks" və "Lion"a uduzub. Amma “Qarabağ” hər üç komandaya qarşı layiqli oynadı, çoxlu qol epizodları yaradırdı. Amma alınmırdı. Səviyyə fərqi özünü göstərirdi?
- Bəli, təbii ki, fərq səviyyədədir və oyunçular arasında fərq böyükdür. Lakin mən fəxr edirəm ki, “Qarabağ” oyunçuları bu cür oyunçularla mübarizədən, onlarla meydana çıxmaqdan, onlarla mübarizə aparmaqdan qorxmadan əla mübarizə aparırlar. Bu çox əladır. “Qarabağ” bütün görüşlərdə cəsarətlə oynayır.
- “Qarabağ”ın Avropa Liqasında 3 oyunu qalıb. “Qarabağ” hazırda Avropa Liqasında 32-ci pillədədir. Bu nəticəni necə dəyərləndirirsiz?
- Təbii ki, bu, yaxşı nəticə deyil. Amma ədalətli və dürüst olaq. “Qarabağ”ı qarşıda 3 güclü rəqiblə, 3 çətin oyun gözləyir. Ona görə də, onlar özlərini bu mövqedə tapıblar və bəli, onlardan daha yaxşısını gözləyirəm. İnanıram ki, hər şey “Qarabağ” üçün yaxşı alınacaq və onlar istədiyi nəticəni qazanacaq.
- Hazırda klubsuzsunuz. Azərbaycana qayıtmaq istəyirsiz və bu yöndə iş gedir, təklif var?
- Bəli, indi klubsuzam. Sirr deyil ki, mən “Qarabağ”a qayıtmaq istəyirəm. Əvvəl də deyirdim, indi də bunu deyirəm. Ümid edirəm ki, bu, tezliklə baş verəcək və “Qarabağ”a qayıdacam.
- “Qarabağ”ın qarşıdakı rəqibləri “Elfsborq”, “Olimpiakos” və FKSB klublarıdır. “Qarabağ” hər üç komandanı məğlub edə bilər?
- “Qarabağ”a həmişə inanmışam. İndi də inanıram ki, onlar taleyini dəyişəcək və layiqli nəticələr əldə edəcəklər. “Olimpiakos”, FKSB və “Elfsborq” yaxşı komandalardır. “Qarabağ”ın bu matçlarda uğurlu nəticəsinə inanıram.
- Sizcə, “Qarabağ” indi daha güclüdür, yoxsa sən burada oynayanda daha güclü idi?
- Düzünü desəm, əvvəlki və indiki heyətləri müqayisə etmək ədalətsizlik olardı. Çünki biz hamımız fərqliyik və Avropa Liqasının, Çempionlar Liqasının müxtəlif vaxtlarında və fərqli formatlarında oynamışıq. Buna görə də, inanıram ki, əvvəllər sahib olduğumuz "Qarabağ" unikal və heyrətamiz idi. Biz birlikdə çox şeyə nail olduq. Bununla yanaşı, hazırkı futbolçular da uğurlu çıxış edirlər və “Qarabağ”ı Avropa Liqasının son 1/16 final mərhələsinə çıxarmışdılar. Bu da əla nəticədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 04 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















