Icma.az
close
up
RU
Azad Qarabağ “smart Qarabağ”a çevrilir

Azad Qarabağ “smart Qarabağ”a çevrilir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Energetika Nazirliyində işğaldan azad edilən ərazilərdə “yaşıl” texnologiyaların və enerji səmərəliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclası keçirilib. Nazirlikdən verilən məlumatda bildirilir ki, iclasda İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan tikinti, bərpa-quruculuq layihələrindən bəhs edərək bu prosesdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Bu ərazilərdə enerji səmərəliyini, eləcə də bərpa olunan enerjidən istifadəni gerçəkləşdirən müasir yanaşmanın tətbiqinin genişlənməsi müsbət qiymətləndirilib. Burada günəş, külək və su elektrik stansiyalarının inşasının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi qeyd olunub. İclasda Qarabağ və Şərqi Zəngəzurun 11 şəhər və kəndində cari il ərzində reallaşdırılan monitorinqlərin nəticələri barədə məlumat verilib, eləcə də günəş panelləri və kollektorları, LED əsaslı işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, “ağıllı” skamyaların quraşdırılması, istilik izolyasiya materialları, habelə enerjiyə qənaət edən lampalardan istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilər diqqətə çatdırılıb.

Fərdi yaşayış evləri və inzibati-ictimai binalarda damüstü günəş panellərinin quraşdırılması ilə bağlı icra mexanizminə dair təqdimatda isə texniki meyarlar, icra mərhələləri və layihənin genişləndirilməsi imkanlarından bəhs olunub. Şuşa şəhərində qazanxanaların enerji təchizatına dair fikir mübadiləsi aparılıb və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə qurulacaq “smart-city”, “smart-village”, yəni “ağıllı” şəhər, “ağıllı” kənd konsepsiyası, ilk növbədə, dünyada baş verən qlobal cağırışlara cavab verir. Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevrilir, eyni zamanda, digər bölgələrimizdə “ağıllı” şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayır.

2021-ci ildə imzaladığı müvafiq sərəncamla işğaldan azad olunan ərazilərin bərpası üzrə konsepsiya hazırlanıb. Eyni zamanda, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji zonası”nın yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib.

Ötən müddətdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəkləşdirilməsi, enerji səmərəliyi tədbirlərinin həyata keçirilməsi, elektrik nəqliyyat vasitələrindən istifadə üçün infrastrukturun qurulması, tikililərin damlarında bərpa olunan enerji qurğularının yerləşdirilməsi, xüsusən günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların LED lampaları ilə işıqlandırılması kimi, “yaşıl” həllərin tətbiqi istiqamətində genişmiqyaslı işlər görülüb.

Dövlətimizin başçısı bununla bağlı çıxışlarının birində deyib: “Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə, təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək”.

Beləliklə, “ağıllı” şəhər texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi isə regionun bərpa prosesini sürətləndirir və texnoinvestorların bölgələrə marağını gücləndirir.

İnformasiya texnologiyalarının köməyi ilə Qarabağda enerji paylanmasını yaxşılaşdırmaq, tullantıların yığımını asanlaşdırmaq, nəqliyyat sıxlığını azaltmaq və hətta hava keyfiyyətini yaxşılaşdırmaq olar. Məsələn, həmin ərazilərdə avtomatik olaraq tullantıların idarə olunması şirkətlərinə məlumat göndərən və lazım olduqda götürülməsini əvvəlcədən planlaşdırılan qrafikə malik “ağıllı” zibil qutularının qoyulması həmin regionu Azərbaycanın tullantısız, təkrar emal mərkəzinə çevirə bilər.

Mütəxəssislər bildirirlər ki, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olan su ehtiyatlarına qənaət edilməsi layihəsi işğaldan azad olunmuş ərazilərdə yaradılan “ağıllı” şəhər konsepsiyası ilə gerçəkləşdiriləcək. “Ağıllı” suvarma sistemləri, su sızıntısı, su keyfiyyəti və istehlakının izlənilməsi kimi tətbiqetmələr bir gündə adam başına su istehlakını 25–80 litr arasında saxlayacaq.

Bulud əsaslı informasiya texnologiyalarının tətbiq olunması təkcə insan həyatını deyil, həmçinin ərazi idarəetməsini də asanlaşdıra bilər. Yerli dövlət idarəetmə orqanları, bələdiyyələr, özəl müəssisələr və vətəndaşlar öz həyat keyfiyyətini artıran daha yaxşı qərarlar vermək üçün məlumatları bu elektron tətbiqlər vasitəsilə real vaxtda qəbul, təhlil və idarə edə bilər.

Bu məqamda onu da qeyd edək ki, təkcə Qarabağda deyil, ümumiyyətlə, Azərbaycanda son illər sözügedən sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. Məsələn, MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub. “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 meqavatlıq, Biləsuvarda isə 445 meqavatlıq GES və Abşeron – Qaradağ rayonları ərazisində 240 meqavatlıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.

Son illərdə respublikada “yaşıl” enerjinin reallaşdırılması üçün normativ hüquqi bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılıb. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” əsasında bağlanan müqavilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zamanda, fəal istehlakçıların dəstəklənməsi və “yaşıl” sertifikatlarla bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.

Hazırda ölkəmizdə “yaşıl” enerjidən istifadənin genişləndirilməsi məqsədilə dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı, “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlərlə bağlı layihələr hazırlanır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.

Oxucular üçün maraqlı olsun deyə bir məqama da nəzər salmaq istərdik. Belə ki, bu gün bütün dünyada “ağıllı” şəhər konsepsiyasına xüsusi önəm verilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Günay Quliyevanın sözlərinə görə, müasir dünyada insanların 54 faizi şəhərlərdə yaşayır və bu nisbətin 2050-ci ildə 66 faizə çatacağı gözlənilir. Əhalinin ümumi artımı ilə birlikdə urbanizasiyanın növbəti üç onillikdə şəhərlərə daha 2,5 milyard insan əlavə edəcəyi proqnozlaşdırılır.

Dünya liderləri tərəfindən ilk dəfə 2019-cu ildə Osakada keçirilən G20 Sammitində “ağıllı” şəhər anlayışı ciddi müzakirə edilib. Həmin müzakirədə belə məkanların (şəhərlərin) qurulması ilə bağlı fəaliyyət göstərən mövcud müəssisə-təşkilatları birləşdirəcək zəruri qlobal çərçivənin müəyyənləşməsi üçün ittifaqın yaradıldığı da elan edilib.

Ümumiyyətlə, “smart city” konsepsiyasını işğaldan azad olunan ərazilərdə reallığa çevirmək üçün, ilk növbədə, davamlı beynəlxalq təcrübələrini öyrənmək, növbəti mərhələdə tətbiq və təşviq etmək üçün əsasən informasiya – kommunikasiya texnologiyalarından geniş istifadə etmək zəruridir.

Ekspertlər bildirirlər ki, bütün istiqamətlərdə rəqəmsallaşmanı gerçəkləşdirmək hələ dəyər yaratmaq anlamına gəlmir. Bunun üçün, ilk növbədə, cəmiyyət bu prosesə hazır olmalıdır. Belə təqdirdə isə bir sıra fundamental istiqamətlərdə təkmilləşdirmə və layihələrin həyata keçirilməsi zəruridir. Bura infrastrukturun gücləndirməsi, hökümət buludunun inkişafı, 5G texnologiyasının genişləndirilməsi, rəqəmsal idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, süni intellektin tətbiqi və bununla bağlı yarana biləcək risklərin qarşısının alınması üçün kibertəhlükəsizliyin inkişaf etdirilməsi, nəhayət, insan kapitalının inkişafı daxildir. Hazırda bütün qeyd edilən istiqamətlərdə müvafiq fəaliyyət həyata keçirilir.

Cəmiyyətin rəqəmsallaşması zərurətindən danışarkən bu yöndə konkret hədəflərin müəyyənləşdirildiyi də bildirilir. Məsələn, bu zaman rəqəmsal hökümət istiqamətində vətəndaş və biznes məmnuniyyətinin ən azı 85 faizə çatdırılması, rəqəmsal şəxsiyyət vəsiqəsi istifadəçilərinin sayını 1 milyona qaldırılması, 3 milyon vətəndaşın elektron imza ilə təmin edilməsinin reallaşdırılması, kağızsız ödənişlərin həcminin 70 faizə yüksəldilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see440

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see312

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see222

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see222

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see216

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see211

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see210

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see198

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see197

Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb

11 İyun 2026 17:00see185

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see185

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see185

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see181

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see176

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see174

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see168

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see168

Son zənglə bağlı valideynlərə çağırış edildi

11 İyun 2026 13:29see166

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see161

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri