Diomandenin “Real”a keçidi tarixdə ən bahalı afrikalı futbolçu transferidir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hücumçu Yann Diomandenin “RB Leypsiq”dən “Real Madrid”ə transferi, 6 avqustda rəsmi olaraq açıqlandı və tarixin ən bahalı afrikalı futbolçusu oldu və dəyəri 144 milyon dollar oldu.
İdman.Biz bildirir ki, 21 yaşlı Kot-d’İvuar millisinin üzvü bu reytinqə böyük fərqlə başçılıq edir. Əvvəlki rekordçu 2019-cu ildə “Lill”dən “Arsenal”a 92 milyon dollara keçən Nikolas Pepe idi.
Üçüncü yerdə Viktor Osimhenin “Lill”dən “Napoli”yə transferi (91 milyon dollar) qərarlaşıb. Növbəti sırada Omar Marmuş (“Ayntraxt Frankfurt”dan “Mançester Siti”yə, 87 milyon dollar), Bryan Mbemo (“Brentford”dan “Mançester Yunayted”ə, 87 milyon dollar), Osimhenin “Napoli”dən “Qalatasaray”a transferi (87 milyon dollar), Antuan Semenyo (“Bornmut”dan “Mançester Siti”yə, 83 milyon dollar), Achraf Hakimi (“İnter”dən PSJ-yə, 78 milyon dollar) və Riyad Marez (“Lester Siti”dən “Mançester Siti”yə, 78 milyon dollar) gəlir.
İlk 10-luğu Məhəmməd Kudus ("Vest Hem"dən "Tottenhem"ə, 74 milyon dollar) və Pyer-Emerik Obameyanq ("Borussiya Dortmund"dan "Arsenal"a, 74 milyon dollar) tamamlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 07 Avqust 2026 04:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















