Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Diplom tanınır, ixtisas tanınmır? ŞİKAYƏT

Diplom tanınır, ixtisas tanınmır? ŞİKAYƏT

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Nərmin Adıgözəlzadənin 28 yaşı var. İki ildir ki, Azərbaycana köçüb. Sanki-Peterburqda SZGMU Mecnikova Universitetində Oftalmologiya ixtisası üzrə təhsil alıb. Azərbaycanda öz ixtisası üzrə işləmək istəsə də, iş tapa bilmir. Diplomunu təsdiq edən sənədi alsa da, ixtisasının tanınmadığını deyib, işə qəbul etmirlər. Hal-hazırda Spera Hospitalda həkim köməkçisi kimi fəaliyyət göstərsə də, Nərmin Adıgözəlzadə ixtisası üzrə işləmək istəyir. SİA şikayətlə bağlı Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və təhsil eksperti Elşən Qafarova mövzu ilə bağlı sorğu ünvanlayıb.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi: "Xaricdə təhsil alan Nərmin Adıgözəlovzadənin baza təhsili ölkəmizdə tanınıb. 2011-ci ildən sonra xarici ölkədə aldıqları ali ixtisas tibb təhsili əsasında Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinə buraxılmaq üçün müraciət edən şəxslərin aldıqları ali ixtisas tibb təhsili ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsilinin müddəti və proqramları arasında uyğunsuzluq olduğu halda həmin şəxslər rezidenturaya qəbul olmalıdırlar.

Bununla yanaşı, əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirən şəxslər həkim-metodist, həkim-statistik, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrində fəaliyyət göstərə bilərlər".

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mətbuat şöbəsi: "Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, "Açıköğretim" təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 166, Ukraynadan 158, Türkiyə Respublikasından 148, Belarus Respublikasından 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstan dan 12, Amerika Birləşmiş Ştatlarından 6, Polşa Respublikasından 6, Qırğız Respublikasından 4, İsveç Krallığından 3, Niderland Krallığından 3, Pakistan İslam Respublikasından 3, İspaniya Krallığından 2, İtaliya Respublikasından 2, Malayziyadan 2, Mərakeş Krallığından 2, Tacikistan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Belçika Krallığından 1, Cənubi Afrika Respublikasından 1, Çin Xalq Respublikasından 1, Fransa Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Kanadadan 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Nigeriya Federativ Respublikasından 1, Özbəkistan Respublikasından 1, Qazaxıstan Respublikasından 1müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınmışdır".

Təhsil eksperti Elşən Qafarov: "Əvvəl xaricdə verilmiş kvalifikasiyaların tanınması qaydaları var ki, cənab Prezident tərəfindən 2023-cü ildə təsdiq olunub. Xaricdə verilmiş ali təhsil kvalifikasiyalarından söhbət gedir. İstər bakalavr, istər magistratura, istər doktorantura, yaxud tibb sahəsilə bağlı xaricdə təhsil alanların kvalifikasiyaları, dərəcələri, ixtisasları tanınmalıdır. Diplom həmin ixtisas üzrə bunu təsdiq edən sənəddir. Diplom təsdiq olinsuz, ixtisas təsdiq olunmasın, bu hala ikinci dəfədir ki, rast gəlinir. Bu yaxınlarda bir nəfər də belə bir müraciət etmişdi. Diplom ixtisası təsdiq edən sənəddir. Mən açıq danışım, son vaxtlar gündən-günə artmaqdadır bu tendensiya. Təhsil Nazirliyində nə desəniz baş verir. İzahı olmayan, absurd olan maraqlı haldır. Niyə axı? Bu sual məni də düşündürür. Əvvəlki qaydalardan qat-qat müasir, beynəlxalq standartlara cavab verən qaydalar təsdiq olunub. Təhsil Nazirliyində hamı bir-birinə söz verib ki, nə olursa-olsun xalqı incitsinlər, sanki belə bir öhdəlik götürüblər. Qanunların tətbiqini elə eybəcər şəkildə aparırlar ki, sanki bunların missiyası var ki, hər addımda xalqda dövlətə, hökumətə qarşı narazılıq yaratsınlar. Dediyiniz məsələ də buna aiddir. Yəni bunu kimdən soruşaq? Diplom tanınır, ixtisas tanınmır. Mən təəssüf edirəm və düşünürəm ki, Elm və Təhsil Nazirliyində ciddi dəyişikliklər aparmaq lazımdır. Başda Emin Əmrullayev olmaqla onun təyin etdiyi kadrlar da çox ciddi problemlər yaradırlar. Süni maneələr yaradırlar. Yəqin ki, müvafiq dövlət orqanları buna nəzarət edirlər. Yəqin ki, müvafiq dövlət orqanları buna nəzarət edirlər. Düşünürəm ki, Emin Əmrullayevin və onun təyin etdiyi kadrların xalqı bilərəkdən incitməsi, sosial narazılıq yaratması, yəqin ki, bir gün izah olunacaq. Bununla bağlı, yəqin ki, bir gün cavab verəcəklər. Belə hallar birmənalı şəkildə qınanmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri