Icma.az
close
up
RU
İş uğrunda rəqabət: diplom və ixtisas kifayət etmir

İş uğrunda rəqabət: diplom və ixtisas kifayət etmir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məzunların məşğulluğu ilə bağlı orta göstəricilər əsasında hansı ixtisas sahiblərinin daha rahat iş tapdığına dair məlumatlar açıqlanıb. Bu göstəricilər Dövlət Məşğulluq Agentliyinin "Məzunların məşğulluq reytinqi" ilə bağlı yayımladığı məlumatda öz əksini tapıb. Agentliyin yaydığı məlumata əsasən, ən yüksək məşğulluq göstəricisi 88 ballıq orta göstərici ilə "Biznesin təşkili və idarəedilməsi (tədris ingilis dilində)" proqramında qeydə alınıb.

İkinci yerdə 81,3 ballıq orta göstərici ilə "Elektroenergetika mühəndisliyi" (Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində), üçüncü sırada isə 77,6 ballıq orta nəticə ilə "Biznesin idarə edilməsi" (mühasibat uçotu, maliyyə, marketinq, beynəlxalq biznes) ixtisası qərarlaşıb.

Yüksək məşğulluq göstəriciləri reytinqində ilk beşlikdə həmçinin "Müalicə işi" və "Neft-qaz mühəndisliyi" (tədris ingilis dilində) ixtisaslarının məzunları da yer alır.

Reytinq cədvəlində yüksək nəticələr əsasən mühəndislik, tibb və biznes yönümlü ixtisaslarda cəmlənib. Məlumata görə, enerji, səhiyyə, aviasiya və İT sahələrinə aid ixtisaslar əmək bazarında daha rəqabətlidir.

Qeyd edək ki, agentliyin açıqladığı məlumatda məzunların əmək bazarına çıxışı və işlə təmin olunma səviyyəsi əsas meyar kimi götürülüb.

Müasir dövrdə əmək bazarı sürətlə dəyişir və bəzi ixtisaslara olan tələbat digərlərinə nisbətən daha yüksəkdir. Bu da həmin sahələr üzrə təhsil alan şəxslərin iş tapmaq imkanlarını artırır. Bu gün gənclərin dövrün tələblərinə uyğun ixtisasları seçməsi mütləqdir. Yalnız diplomlu, ali savadlı olmaq yox, eyni zamanda gələcəyin ixtisaslarına da yiyələnmək lazımdır. Ən rahat iş tapan ixtisas sahibləri əsasən bazarda tələbatın yüksək olduğu sahələrdə çalışanlardır. Lakin yalnız ixtisas kifayət etmir - praktik bacarıqlar, dil bilikləri və təcrübə də böyük rol oynayır. Müasir dövrdə özünü daim inkişaf etdirən və yeni biliklər qazanan şəxslər istənilən sahədə uğur qazana bilər.

Hazırda informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqdan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir. Bu məqamda sözügedən sahə üzrə mütəxəssilərə ehtiyac duyulur.

İxtisas seçimi insanların gələcəkdə işsiz qalmaması və karyeralarını uğurla həyata keçirmələrinə kömək göstərməlidir.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, istehsalatda daha çox robotlardan istifadə olunması işçi qüvvəsinin sıradan çıxması ilə nəticələnəcək: "Əsasən operatorluq, bəstəkarlıq və s. kimi sənətlər sıradan çıxacaq. Hazırda əmək bazarında tələbat İT, pedaqoji, hüquq, kənd təsərrüfatı, elektrik və kimya mühəndisliyi yönümlü ixtisaslaradır".

Ekspert bildirib ki, alternativ enerji ilə bağlı ixtisaslara tələbat daha da artacaq. Eləcə də yeni texnologiyalara əsaslanan peşələrə diqqətin artacağı gözlənilir.

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, ixtisaslar günün, zamanın tələbinə görə dəyişir: "Son illərdə daha çox texniki və texnoloji ixtisaslara - kompüter mühəndisliyi, kibertəhlükəsizlik, data analitikası və s. - maraq artır. Eyni zamanda, Azərbaycan üçün bir başqa prioritet ixtisaslar intensiv kənd təsərrüfatı ilə əlaqəli istehsal zənciri, logistika, tibb ilə əlaqəli ixtisaslar, fizioterapiya və sairdir. Amma ümumi dünyada tendensiya odur ki, hər il ixtisaslar, müəyyən xüsusi ilə də süni intellekt və sairdən təsirlənərək, müəyyən bir hissəsi aktuallığını itirir. Yeni ixtisaslar, yeni işyerləri də açılır. Ona görə də artıq ənənəvi ixtisaslarla rahat iş tapmaq bir az çətindir. Çünki rəqabət var. Cəmiyyət inkişaf edir. İxtisaslarla yanaşı, müəyyən bacarıqlar da əhəmiyyətlidir. Bunlar kritik düşüncə, tənqidi təfəkkür, kollektivlə işləmək bacarığı, stressə dayanıqlılıq və sairdir. Yəni abituriyentlər sadəcə ixtisas yox, o ixtisasın aufaliklərimi də düşünərək ixtisas seçməlidir. Bu kaufaliklər onların bacarıq, qabiliyyət və psixologiyasına uyğun olmalıdır".

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Elnarə Akimovanın sözlərinə görə, əmək bazarının real tələbinə baxanda aydın olur ki, bu gün texnologiya yönümlü ixtisaslar ön plana çıxıb: "İT və proqramlaşdırma, rəqəmsal marketinq, maliyyə, mühasibatlıq, tibbi xidmət, logistika və peşəkar texniki sahələrdə gənclər daha rahat iş tapırlar. Bu sahələrdə uğur qazananların əsas üstünlüyü ondan ibarətdir ki, onlar universitet biliklərini praktik bacarıqla birləşdirə bilirlər. Yəni artıq yalnız diplom kifayət etmir, tələb olunan əsas keyfiyyət bacarıq və nəticə göstərməkdir. Dünya təcrübəsi də bu reallığı təsdiqləyir. Avropada və ABŞ-da humanitar sahələrdə məzun çoxdur, amma vakansiya az. Əvəzində texniki və elmi istiqamətlərdə ixtisaslı kadr çatışmazlığı yaşanır. Bu ölkələrdə gənclərin işə qəbulunda əsas üstünlük praktiki təcrübəyə, real layihələrdə iştirakına, ixtisasartırma kurslarına və sertifikatlara verilir. Digər mühüm amil isə sosial əlaqələr və peşəkar çevrədə tanınmaqdır".

Millət vəkili vurğulayıb ki, əmək bazarına daxil olma prosesində dil bilikləri xüsusi əhəmiyyət daşıyır:  "Bu gün ingilis dili artıq əlavə üstünlük yox, zəruri şərtdir. Xarici dil bilən gənc həm yerli, həm də beynəlxalq bazarda daha çox fürsət qazanır. İkinci və ya üçüncü dil bilikləri isə həmin imkanları ikiqat artırır. Amma təkcə dil yox, öz üzərində fasiləsiz işləmək də vacibdir. Texnologiyanın, iqtisadiyyatın və kommunikasiya mühitinin bu qədər sürətlə dəyişdiyi bir dövrdə gəncin ən böyük gücü onun adaptasiya qabiliyyətidir. Kim dəyişikliklərə açıqdırsa, kim daima öyrənməyə meyillidirsə, o, daha tez və uğurla öz yerini tapır".

E.Akimova hesab edir ki, bu gün diplom bir başlanğıcdır, amma müvəffəqiyyət üçün kifayət deyil: "Əmək bazarında qalib gəlmək üçün gənclər tələbatı olan sahələri seçməli, biliklərini praktiki bacarıqlarla möhkəmləndirməli və daim öz üzərində işləməlidirlər. Kim bu üç istiqaməti düzgün qurursa, ixtisas seçimi, təcrübə və inkişaf - o zaman istənilən şəraitdə iş tapmaq və uğurlu karyera qurmaq mümkündür. Azərbaycan gəncliyi üçün də bu, real və əldə edilə bilən bir məqsəddir. Sadəcə, zamanın dəyişən qaydalarını görmək, diplomla kifayətlənməmək və özünə sərmayə qoymaq lazımdır. Çünki bu günün dünyasında iş tapmaq deyil, dəyər yaratmaq bacarığı əsas fərqi müəyyən edir".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyir ki, son illərdə diplom almış, amma ixtisasına uyğun iş tapa bilməyən gənclər var: "Bu vəziyyət, bir tərəfdən əmək bazarının tələbləri ilə təhsil sisteminin hazırladığı kadrlar arasında olan uyğunsuzluqdan, digər tərəfdən isə gənclərin universitet illərində praktik bacarıqlara kifayət qədər yiyələnməməsindən qaynaqlanır. Ən çox çətinlik çəkənlər, adətən, humanitar və nəzəri istiqamətli ixtisaslarda təhsil alan gənclərdir. Tarix, fəlsəfə, filologiya kimi sahələr, şübhəsiz ki, intellektual dəyəri yüksək istiqamətlərdir, amma bu biliklər praktik bacarıqlara çevrilmədikdə əmək bazarında yer tapmaq çətinləşir. Əksinə, texnologiya, mühəndislik, maliyyə, IT və rəqəmsal marketinq kimi sahələrdə iş tapmaq daha asandır, çünki bu ixtisaslar birbaşa bazarın real ehtiyaclarına cavab verir".

G.Əkbərova, həmçinin beynəlxalq təcrübədə bu balansın qorunmasına xüsusi diqqət yetirildiyindən də bəhs edib: "Məsələn, Finlandiya, Almaniya və Sinqapur kimi ölkələrdə universitetlərlə sənaye arasında sıx əməkdaşlıq var. Tələbələr təhsilləri dövründə artıq real layihələrdə iştirak edir, iş mühitini tanıyır və məzun olmamışdan əvvəl praktiki təcrübə qazanırlar. Bizdə də bu sistem tədricən formalaşır, amma hələ də nəzəri biliklər çox zaman praktik təcrübədən üstün tutulur. Halbuki müasir əmək bazarında işəgötürən üçün ən dəyərli göstərici məhz gəncin real bacarıqları və fərdi təşəbbüskarlığıdır. Əmək bazarına daha rahat daxil olan gənclər adətən bir neçə ortaq xüsusiyyətə malik olurlar: onlar dil biliklərinə önəm verən, rəqəmsal texnologiyalardan istifadə etməyi bacaran və sosial bacarıqlarda aktiv olan gənclərdir. İngilis dili bu gün artıq üstünlük deyil, zərurətdir. Çünki bir çox peşə sahələrində beynəlxalq resurslardan, məlumat bazalarından və təlim platformalarından yararlanmaq üçün dil bilikləri qaçılmaz şərtə çevrilib. Bununla yanaşı, gənclər komanda işi, ünsiyyət bacarıqları və problem həll etmə qabiliyyəti kimi "yumşaq bacarıqlar"ı da inkişaf etdirməlidirlər. Könüllülük fəaliyyəti və staj proqramları da iş tapmaq şansını artıran mühüm amillərdəndir - çünki bu, həm sosial şəbəkələşmə, həm də real iş təcrübəsi deməkdir".

Onun fikrincə, dilin rolu təkcə ünsiyyət vasitəsi olmaqla bitmir: "Xarici dil öyrənmək insanın düşünmə tərzini dəyişir, dünyagörüşünü genişləndirir, onu beynəlxalq miqyasda daha rəqabətədavamlı edir. Öz üzərində fasiləsiz işləmək isə bu prosesin təməlidir. Artıq diplom son nöqtə deyil, başlanğıcdır. Dünya çox sürətlə dəyişir, və "ömürboyu öyrənmə" prinsipi hər bir gəncin peşəkar inkişaf xəritəsində əsas bəndə çevrilməlidir".

G.Əkbərova sözügedən kontekstdə valideynlərin də övladlarının gələcək uğurlarında mühüm rol oynadığına diqqət çəkib: "Valideynlər uşaqlarını ixtisas seçimində yalnız cəmiyyətin "populyar" sahələrinə deyil, daha çox uşağın maraqlarına, bacarıqlarına və potensialına uyğun istiqamətlərə yönləndirməlidirlər. Həmçinin, övladlarını dil öyrənməyə, müxtəlif layihələrdə iştirak etməyə və real təcrübə toplamağa təşviq etməlidirlər. Uşağın sevdiyi sahədə oxuması, həm onun motivasiyasını, həm də peşəkar uğur ehtimalını artırır. Beləliklə, bu gün gənclərin əmək bazarına uğurla atılmasının açarı - çevik düşüncə, dil biliyi, praktiki bacarıq və öyrənməkdən çəkinməməkdədir. Təhsil sisteminin və valideynlərin rolu isə onlara bu bacarıqları qazanmaq üçün şərait yaratmaqdır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri