Icma.az
close
up
RU
Diplom xəstəliyi təhsili və gəncləri məhvə sürükləyir...

Diplom xəstəliyi təhsili və gəncləri məhvə sürükləyir...

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sovet dövründən qalma "gənclər mütləq universitetə qəbul olunmalıdır" stereotipi min təəssüf ki, hazırda daha biabırçı şəkildə davam edir. Həm də cəmiyyətimizi sosial fəlakətə sürükləməklə. Anaların-ataların bir arzusu var: övladım böyüyüb universitetə qəbul olub ali təhsilli, diplomlu gənc olsun. Bircə dəfə də eşitmədim, oxumadım ki, desinlər "övladım böyüyüb yaxşı peşə sahibi, işinin ustası olsun". Sanki övlad universitetə girib diplom alarsa, ata-ananın arzusunu çin edəcəkmiş. Universiteti kütbeyinliklə "bitirib" lazımsız, heç nəyə yaramayan diplomu künc-bucaqda çürüyən yüzlərlə, minlərlə diplomlu savadsızlar ordusu alaq otu kimi basıb gedir cəmiyyəti...

Ən dəhşətlisi bilirsiniz nədir? Övladları universitetə qəbul olunmayan valideynlərin gənclərə qarşı şiddət və nifrət dolu münasibəti! Məhz bu üzdən tələbə adını qazanmayan bu gənclər sonda intihara və cinayətlərə əl atırlar. Bu, olduqca dəhşətli prosesdir. Sanki universitetə qəbul yeganə hədəf və seçimdir. Ən dəhşətlisi odur ki, valideynlər övladlarının mükəmməl peşə sahibi olmasına heç maraq da göstərmirlər. Halbuki universitetlərə qəbul ola bilməyən hazırkı gənclərin sıralarında kifayət qədər istedadlı, peşə təhsilində uğur qazanacaq gənclər var. Digər baxımdan, hazırda bazarlarda piştaxta arxasında satıcılıq edən savadsız diplomlular yetərincədir. Cəmiyyət üçün lazımlı, yüksək hörmət və gəlir gətirən mütəxəssis yetişdirmək əvəzinə diplom xatirinə savadsız təhsil yolunu tutmaq gec-tez sosial fəlakət yaradacaq. Artıq bu fəlakəti yaşayırıq da.
Bu gün Azərbaycanda öz işinin sahibi olan mükəmməl peşə sahibləri ən çox qazanan və çıraqla axtarılan insanlardır. Çox-çox təəssüf ki, Azərbaycan cəmiyyətində peşə sahibi olan mütəxəssis əvəzinə yalançı diplomlular ordusu yaratmaq "həvəsi" üzündən peşə təhsili də ciddi zərbə almaqdadır. Əlbəttə, düzgün qurulmayan təhsil strategiyası, əmək bazarına uyğun real peşələrin təşviq edilməməsi, sağlam rəqabət mühitinin olmaması peşə təhsilinin inkişafına balta vurur. Əmək bazarının tələbləri göstərir ki, peşə sahiblərinə böyük ehtiyac var, lakin cəmiyyətin bir qismi hələ də bu istiqaməti ikinci dərəcəli sayır. Dövlət proqramları, müxtəlif layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə peşə təhsilinin nüfuzunu artırmaq üçün addımlar atılsa da, valideynlər və gənclər arasında formalaşmış stereotiplər problemin kökündə dayanır.

Digər bir məqama toxunaq. Ötən ilin statistikasına görə, hər il ali məktəblərə qəbul olanların sayı 50 min nəfəri keçsə də, peşə təhsilinə gedənlərin sayı 10 min nəfəri belə çətinliklə aşır. Bu nisbət əmək bazarının tələbləri ilə uzlaşmır və nəticədə yüzlərlə ixtisas üzrə peşəkar çatışmazlığı yaranır.

Digər bir baxımdan, "Təhsil haqqında" Qanunun 22-ci maddəsində peşə təhsili ayrıca pillə kimi təsdiqlənir və orada açıq şəkildə göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır. Ancaq qanunda yazılanlarla real vəziyyət arasında boşluq var. Hər il sanki ali məktəbə hazırlıq üçün yarış başlayır. Bunun əksinə olaraq gənclərin diqqətini cəlb etmək üçün peşə təhsilinin keyfiyyətli reklamına rast gəlinmir. Bütün bunlardan kim uduzur? - cəmiyyət olaraq hamımız!

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri