Icma.az
close
up
RU
Diplomlu savadsızlar peşə təhsilini məhvə sürükləyir...

Diplomlu savadsızlar peşə təhsilini məhvə sürükləyir...

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Sovet dövründən qalma “gənclər mütləq universitetə qəbul olunmalıdır” streotipi min təəsüf ki, hazırda daha biabırçı şəkildə davam edir. Həm də cəmiyyətimizi sosial fəlakətə sürükləməklə. Anaların-ataların bir arzusu var: övladım böyüyüb universitetə qəbul olub ali təhsilli, diplomlu gənc olsun. Bircə dəfə də eşitmədim, oxumadım ki, desinlər “övladım böyüyüb yaxşı peşə sahibi, işinin ustası olsun”. Sanki övlad universitetə girib diplom alarsa, ata-ananın arzusunu çin edəcəkmiş. Universiteti kütbeyinliklə “bitirib” lazımsız, heç nəyə yaramayan diplomu künc-bucaqda çürüyən yüzlərlə, minlərlə diplomlu savadsızlar ordusu alaq otu kimi basıb gedir cəmiyyəti...

Ən dəhşətlisi bilirsiniz nədir? Övladları universitetə qəbul olunmayan validenylərin gənclərə qarşı şiddət və nifrət dolu münasibəti! Məhz bu üzdən tələbə adını qazanmayan bu gənclər sonda intihara və cinayətlərə əl atırlar. Bu, olduqca dəhşətli prosesdir. Sanki universitetə qəbul yeganə hədəf və seçimdir. Ən dəhşətlisi odur ki, valideynlər övladlarının mükəmməl peşə sahibi olmasına heç maraq da göstərmirlər. Halbuki universitetlərə qəbul ola bilməyən hazırkı gənclərin sıralarında kifayət qədər istedadlı, peşə təhsilində uğur qazanacaq gənclər var. Digər baxımdan, hazırda bazarlarda piştaxta arxasında satıcılıq edən savadsız diplomlular yetərincədir. Cəmiyyət üçün lazımlı, yüksək hörmət və gəlir gətirən mütəxəssis yetişdirmək əvəzinə diplom xatirinə savadsız təhsil yolunu tutmaq gec-tez sosial fəlakət yaradacaq. Artıq bu fəlakəti yaşayırıq da.
Bu gün Azərbaycanda öz işinin sahibi olan mükəmməl peşə sahibləri ən çox qazanan və çıraqla axtarılan insanlardır. Çox çox təəsüf ki, Azərbaycan cəmiyyətində peşə sahibi olan mütəxəssis əvəzinə yalançı diplomlular ordusu yaratmaq “həvəsi” üzündən peşə təhsili də ciddi zərbə almaqdadır. Əlbəttdə düzgün qurulmayan təhsil strategiyası, əmək bazarına uyğun real peşələrin təşviq edilməməsi, sağlam rəqabət mühitinin olmaması peşə təhsilinin inkişafına balta vurur. Əmək bazarının tələbləri göstərir ki, peşə sahiblərinə böyük ehtiyac var, lakin cəmiyyətin bir qismi hələ də bu istiqaməti ikinci dərəcəli sayır. Dövlət proqramları, müxtəlif layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə peşə təhsilinin nüfuzunu artırmaq üçün addımlar atılsa da, valideynlər və gənclər arasında formalaşmış stereotiplər problemin kökündə dayanır.

Digər bir məqama toxunaq. Ötən ilin statistikasına görə, hər il ali məktəblərə qəbul olanların sayı 50 min nəfəri keçsə də, peşə təhsilinə gedənlərin sayı 10 min nəfəri belə çətinliklə aşır. Bu nisbət əmək bazarının tələbləri ilə uzlaşmır və nəticədə yüzlərlə ixtisas üzrə peşəkar çatışmazlığı yaranır.

Digər bir baxımdan, "Təhsil haqqında" Qanunun 22-ci maddəsində peşə təhsili ayrıca pillə kimi təsdiqlənir və orada açıq şəkildə göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır. Ancaq qanunda yazılanlarla real vəziyyət arasında boşluq var. Hər il sanki ali məktəbə hazırlıq üçün yarış başlayır. Bunun əkdinə olaraq gənclərin diqqətini cəlb etmək üçün peşə təhsilinin keyfiyyətli reklamına rast gəlinmir. Bütün bunlardan kim uduzur?-cəmiyyət olaraq hamımız!

Mətləb Salahov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri