Diplomatik pasportlarla bağlı qanunda əlavə olunub
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Milli Məclis diplomatik pasport əldə edə biləcək subyektlərin dairəsinin genişləndirilməsini ilk oxunuşda qəbul edib.
Reyting.az xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, 2024-cü il mayın 31-də "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib və Azərbaycan Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifələri inzibati vəzifələrin birinci təsnifatına aid edilib.
Bununla da, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə "Pasportlar haqqında" təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:Diplomatik xidmət əməkdaşlarının əlavə təhsil alması qaydası məlum olub
09 Dekabr 2024 14:07
Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri münaqişə şəraitində fəaliyyət göstərən qurumların siyahısına əlavə edilib
28 Avqust 2026 14:59
Kamboca ilə münasibətlər Azərbaycanın diplomatik təmas dairəsini genişləndirmək üçün əlavə imkan yaradır
15 Oktyabr 2026 09:43
Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə olunub
19 Mart 2026 17:22
“” portalına yenilik əlavə olunub
28 Aprel 2026 14:34
Baxış sayı:137
Bu xəbər 23 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















