Diplomatik xidmət əməkdaşlarının əlavə təhsil alması qaydası məlum olub
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Diplomatik xidmət əməkdaşlarının əlavə təhsil alması diplomatik xidmət orqanlarında fəaliyyətin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xidmətdən ayrılmaqla əlavə təhsil alan diplomatik xidmət əməkdaşı əlavə təhsilini başa vurduqdan sonra diplomatik xidmət orqanında tutduğu əvvəlki vəzifədən aşağı olmayan vəzifəyə təyin edilir. Diplomatik xidmət əməkdaşlarının əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı dövlət qulluqçuları üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalarla tənzimlənir.
Baxış sayı:42
Bu xəbər 09 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















