Icma.az
close
up
RU
Diplomatik xidmətdə çalışanların qayğısız həyatı olmalıdır

Diplomatik xidmətdə çalışanların qayğısız həyatı olmalıdır

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bugün Azərbaycanda Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Diplomatiyası güclü olan ölkə hər zaman qüdrətli olur. 

Azərbaycan Xalq Cümhuriyyətinin quruluşundan sonra  qısa zamanda dünyada tanınmasının bir səbəbi də o dövrdəki diplomatik fəaliyyətə verilən önəmin nəticəsi idi.

Çünki, Azərbaycan yeni doğulmuş körpə idi və bu körpəni beşiyində boğmaq istəyənlər vardı.

O dövrlər xarici siyasət idarəmizə başçılıq edən nəhəng insanların – Fətəli Xan Xoyskinin, Məmməd Həsən Hacıniskinin , Adil Xan Ziyadxanlının peşəkarlığı nəticəsində Azərbaycan müstəqil dövlət olaraq, dünyada tanındı.

Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan  da 30 illik işğal dövrünü geridə qoyub,  öz suverenliyini bərpa edib.

Dünyada baş verən proseslər göstərir ki, bu bizi arxayınlaşdırmamalıdır.

Ölkənin iqtisadi gücü  qədər onun diplomatiyası da güclü olmalıdır.

Bugün Azərbaycanın dünyanın əsas ölkələrində səfirlikləri fəaliyyət göstərir.

Etiraf edək ki, əvvəlki illərdən fərqli olaraq, indi bu strukturlarda hansısa nazirin övladları deyil, öz biliyi, savadı hesabına çalışan gənclərimiz var.

Amma diplomatik nümayəındəliklərimizdə çalışanların durumunu araşdıranda üzücü mənzərə ortaya çıxır.

Digər inkişaf etmiş ölkələrin diplomatik xidmət orqanlarıda çalışan şəxslərlə müqayisədə Azərbaycandan olan diplomatlar və bu strukturlarda çalışan digər vətəndaşlarımızın sosial təminatına dair çətinliklər var.

Elə bu ilin əvvəlində Milli Məclis “Diplomatik xidmət haqqında” qanunu dəyişdi.

Təəssüflər olsun ki, əvvəlki qanunvericilikdə nəzərdə tutulan bir sıra imtiyazlar yeni qanunda əksini tapmaıb.

Nəticə etibarı ilə bu xidmətdə çalışanların sosial təminatında bir sıra çətinliklər yaşanmağa başlayıb.

Azərbaycan qüdrətli dövlət olmaq istəyirsə, bu sahəyə də diqqəti artırmalıdır ki, orada çalışan insanlar öz qayğılarını deyil, dövlətin onların qarşısında qoyduğu vəzifələri düşünsün.

Pərviz

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri