Icma.az
close
up
RU
Diplomatiyamızın turizm marşrutu

Diplomatiyamızın turizm marşrutu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu istiqamətdə ən böyük uğur Azərbaycan–Çin əməkdaşlığında qazanılıb

Bu gün Azərbaycan dünyanın turizm mərkəzlərindən biri kimi tanınır. Amma bu uğura nail olana qədər ölkəmiz uzun və əziyyətli bir yolu qət etməli oldu. Otuz il torpaqlarımızın, füsunkar təbiətli Qarabağımızın işğal altında olması, turizm sənayesi üçün böyük önəm kəsb edən ərazilərin erməni vandalları tərəfindən dağıdılması bu strateji sahənin inkişafına mənfi təsir göstərdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması sahənin inkişafına təkan verdi. Əcnəbi iş adamları ilə yanaşı, sıravi turistlərin də ölkəmizə axını başladı. İndi Azərbaycanda 500-dən yuxarı mehmanxana, 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Ötən il Azərbaycana gələn turistlərin sayı 2,5 milyon civarında olub. Bir sözlə, ölkəmizdə turizm özünün intibah dövrünü yaşayır.

Son bir ili ölkədə turizmin inkişafı baxımından, çətin ki, uğurlu dövr hesab etmək olar. Bir sıra obyektiv və subyektiv səbəblərə görə Rusiyadan, postsovet respublikalarından, eləcə də Hindistandan və Yaxın Şərqdən Azərbaycana səfərlərin sayı azalıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 948,2 min əcnəbi gəlib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma deməkdir. İntəhası, bir ölkədən turist axınında əhəmiyyətli artım qeydə alınıb. Bu, Çin Xalq Respublikasıdır. Cari ilin son üç rübü ərzində Çindən Azərbaycana üz tutan turistlərin sayı, demək olar ki, 50 faiz artıb. Bakıda keçirilən Çin Ziyarətçi Sammitinin nəticələrinə əsasən, bu amil gələn seqmentin inkişafı üçün əsas tendensiyaya çevrilir. Bu da təsadüfi deyil. Son illər Azərbaycan–Cin əlaqələrinin geniş spektrli platformalarda inkişafı turizm səhasinə hissolunacaq təsir göstərib. Prezident İlham Əliyevin bu yaxınlarda Çinə dövlət səfəri zamanı qarşılıqlı vizasız səyahət haqqında Saziş imzalandı. İki ölkə arasında vizasız gediş-gəliş rejiminin tətbiqi ölkəmizə çinli turistlərin axınını stimullaşdıran əsas amil sayıla bilər.

Nisbətən möhkəm rekreasiya infrastrukturu üzərində qurulan, eləcə də sadələşdirilmiş viza prosedurlarını həyata keçirən və turizm bazarını fəal şəkildə inkişaf etdirən ölkəmiz bununla həm də dünyaya açıq olduğunu göstərir. Yeri gəlmişkən, 2024-cü ildə daxil olan turizm dinamikasında mühüm irəliləyiş əldə olunub: Azərbaycana dünyanın 196 ölkəsindən təxminən 2,627 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da əvvəlki ilin göstəricilərini 25,9 faiz üstələyib.

* * *

Ölkənin turizm bazarındakı vəziyyəti şərh edən Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri, qurumun Aparat rəhbəri vəzifəsini icra edən Kənan Quluzadə vurğulayıb ki, qeyd etdiyimiz dövrdə turist axınının azalması əsasən mürəkkəb geosiyasi vəziyyətlə bağlıdır: “Əsas bazarlar arasında olan Rusiya və Hindistandan gələn turistlərin sayının azalması ümumi statistikaya da təsir edib. Yaxın Şərqdəki münaqişələr uçuşların azalmasına, gecikməsinə və səyahətlərin çətinləşməsinə səbəb olub”. Buna baxmayaraq, turist axınının sabitliyi bir sıra Asiya ölkələrindən, eləcə də Avropa dövlətlərindən gələnlərin artması ilə dəstəklənir.

Bəli, turizmin inkişafı baxımından Çin ölkəmiz üçün ən prioritet vektor kimi görünür. Bu ölkə ilə qarşılıqlı turist axını dinamik şəkildə artır, iki ölkə arasında hava nəqliyyatı uğurla inkişaf edir. O cümlədən Bakı ilə Pekin arasında birbaşa uçuşlar həftədə 3 dəfə AZAL, Bakı – Urumçi reysləri həftədə 5 dəfə “China Southern Airlines” tərəfindən həyata keçirilir. Hazırda Azərbaycan Çinin Sian şəhərinə birbaşa aviareysin açılması imkanını da nəzərdən keçirir. Ötən il Çindən Azərbaycana 44,798 turist gəlib ki, bu da 2023-cü illə müqayisədə iki dəfə çoxdur. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn çinli turistlərin sayı 57 mini keçib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49 faiz artım deməkdir.

* * *

Çinin turizm şirkətlərinin iştirak etdiyi və beynəlxalq platforma olan “China Visitors Summit” ilk dəfə Bakıda keçirildi. Sammitdə Çinin 50-dən çox turizm şirkəti, eləcə də daxili turizm sənayesinin nümayəndələri iştirak etdilər. Forumda iki ölkənin turizm agentlikləri, mehmanxana şəbəkələri və qonaqpərvərlik sektorunun nümayəndələri arasında B2B formatında görüşlər keçirilib, ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə sammit Azərbaycanla Çin arasında formalaşan etimadın və səmərəli əməkdaşlığın göstəricisidir.

Bütün müstəvilərdə əməkdaşlıq edən iki ölkə arasında turizm mübadiləsi yeni turizm paketləri və proqramları sayəsində durmadan artır. Çin hazırda nəinki qitənin, dünyanın ən böyük xarici turizm bazarı sayılır. Azərbaycanın bu seqmentdə payı sürətlə çoxalmaqdadır. Burada xatırlatmaq yerinə düşər ki, təkcə son iki ildə turizm məhsullarının təşviqi və Çin ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində irimiqyaslı tədbirlər keçirilib, o cümlədən “Qyer.com”, “Qunar” və “Trip.com Group” ilə əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycan Turizm Bürosu COTTM 2023, GITF 2024 və ITB China 2025 sərgilərində, eləcə də Çinin müxtəlif şəhərlərində keçirilən təqdimatlarda ölkəmizin turizm potensialını nümayiş etdirib.

Azərbaycanın ixtisaslaşmış şirkətləri Çində keçirilən beynəlxalq turizm sərgilərində, Pekin, Şanxay, Quançjou və Şençjendə təqdimatlarda iştirak edirlər. Onlar Çinin turizm şirkətləri ilə mütəmadi olaraq görüşlər keçirirlər. “WeChat”, “Weibo”, “Qunar”, “C-trip”, “Fliggy”, 2Douyin”, “Little Red Book” kimi platformalarda ölkəmizin rekreasiya potensialının fəal təbliğatı aparılır, qarşılıqlı səfərlər təşkil edilir.

2026-cı ilə qədər Çinin müxtəlif şəhərlərində daha geniş media kampaniyaları, tanışlıq səfərləri və bir sıra tanıtım tədbirləri planlaşdırılır. Bu faktlar da Çinin turizm sektorunun potensialından xəbər verir: bu ilin payızında ölkəmiz Konfutsi İnstitutu ilə birgə bələdçilərin hazırlanması proqramına başlayıb. Bu addım yeni bələdçilər nəslinin hazırlanmasına kömək edəcək və bu mütəxəssislərin təkcə Bakıda deyil, bölgələrdə də işlə təmin olunması planlaşdırılır.

Nəhayət, Azərbaycan Turizm Bürosu yaxın vaxtlarda Çində öz ofisini açmağı planlaşdırır. Bu da ölkəmizin Çin bazarında mövcudluğunu gücləndirəcək və “Destination Azerbaijan” brend mesajını bütün dünyada yayacaq.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri