Icma.az
close
up
RU
Diplomatiyanın susduğu yerdə Azərbaycan tarix yazdı

Diplomatiyanın susduğu yerdə Azərbaycan tarix yazdı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

8 Noyabrın siyasi fəlsəfəsi güc, iradə və tam suverenlik üzərində quruldu

1945-ci ildən sonra formalaşan beynəlxalq münasibətlər sistemi münaqişələrin tam həllinə yox, dondurulmasına xidmət edən mexanizmə çevrildi. Kipr, Kəşmir, Koreya yarımadası və postsovet məkanındakı ərazi mübahisələri onilliklər ərzində nəticəsiz danışıqların predmetinə çevrilərək status-kvonun qorunmasına şərait yaratdı. Qlobal güclərin maraqları və xarici müdaxilələr isə regional böhranların həllini daha da mürəkkəbləşdirdi. 

Məhz belə bir tarixi fonda Azərbaycanın yaratdığı yeni reallıq mövcud hərbi-siyasi yanaşmalara ciddi təsir göstərdi. Belə tarixi fonda Azərbaycan mövcud hərbi-siyasi doktrinaları kökündən dəyişdi. 8 Noyabr Zəfər Günü yalnız ərazilərin işğaldan azad olunmasını simvolizə etmir, həmçinin müasir dünya tarixində hərbi qələbənin mütləq və tam xarakter daşımasının unikal nümunəsini yaradır.

Təxminən 30 il davam edən işğal dövründə ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin həllindən daha çox nəticəsiz danışıqların davam etdirilməsinə xidmət etdi. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsini tələb edən 4 qətnaməsinin icrasız qalması beynəlxalq institutların təsirsizliyini və ikili standartları bir daha üzə çıxardı. Bu vəziyyət Azərbaycanı milli hərbi-siyasi potensialını gücləndirməyə və öz gücünə arxalanan dövlət strategiyası yürütməyə sövq etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin siyasi, iqtisadi və hərbi imkanları səfərbər olundu. Nəticədə Azərbaycan kənar qüvvələrin müdaxiləsinə arxalanmadan qətiyyətli iradəsi və gücü ilə tarixi ədaləti bərpa, dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etdi.

Mütləq qələbənin əsas xüsusiyyəti onun hər hansı yarımçıq sazişlə, qeyri-müəyyən statusla və ya dondurulmuş münaqişə elementləri ilə müşayiət olunmamasıdır. İkinci Qarabağ müharibəsi başa çatdıqda imzalanan 10 noyabr Bəyanatı yalnız hərbi əməliyyatların dayandırılmasını sənədləşdirdi, lakin prosesin yekunu yalnız 2023-cü ilin sentyabr ayında gerçəkləşən lokal xarakterli antiterror tədbirləri ilə tamamlandı. Əksər dünya dövlətləri müharibələri bitirdikdən sonra ərazilərində beynəlxalq sülhməramlı qüvvələrin və ya xarici hərbi bazaların varlığı ilə barışmağa məcbur qalırlar. Azərbaycan isə ərazi bütövlüyünü tam təmin edərək Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd ərazilərində dövlət suverenliyini qeyd-şərtsiz bərqərar etdi. Separatçı rejimin bütün qalıqları məhv edildi, qanunsuz silahlı dəstələr tərksilah olunaraq ərazidən çıxarıldı. Münaqişə ocağının tamamilə söndürülməsi beynəlxalq hüquqda separatizmə qarşı aparılan mübarizənin ən mütləq nəticəsidir. 

***

İkinci Dünya Müharibəsindən sonra baş verən beynəlxalq böhranların əksəriyyəti uzunmüddətli və nəticəsiz nizamlama prosesləri ilə yadda qaldı. Yaxın Şərqdə ərəb-İsrail qarşıdurması onilliklərdir davam edir, Balkanlarda müharibələrdən sonra kövrək siyasi quruluşlar formalaşıb, Şərqi Avropada isə separatçı münaqişələr xarici müdaxilələrin təsiri altında həllini tapmayıb. Bu proseslərin ortaq xüsusiyyəti xarici güclərin maraqları naminə status-kvonun qorunması və münaqişələrin yarımçıq qərarlarla idarə olunmasıdır. Cənubi Qafqazda isə fərqli reallıq yarandı. Azərbaycan xarici təzyiqlərə baxmayaraq, münaqişənin həlli istiqamətində müstəqil siyasi iradə nümayiş etdirərək hərbi-diplomatik yolla ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu qələbə göstərdi ki, güclü dövlətçilik, milli iradə və qüdrətli ordu beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərə yol aça bilər.

Qələbənin mütləqliyini təmin edən əsas amillərdən biri də ordunun müasir döyüş standartlarına cavab verməsidir. Müharibənin gedişatında tətbiq olunan yüksək texnoloji silahlar, pilotsuz uçuş aparatları, dəqiq zərbə sistemləri düşmənin hərbi infrastrukturunu qısa müddətdə darmadağın etdi. Döyüş meydanında tətbiq edilən innovativ strategiya dünyanın qabaqcıl hərbi akademiyalarında təhlil predmetinə çevrildi. Ermənistanın onilliklər boyu qurduğu müdafiə xətləri, istehkamlar cəmi 44 günə yarıldı. Hərbi əməliyyatların gedişində mülki əhaliyə zərər vurulmaması, yalnız qanuni hərbi hədəflərin məhv edilməsi qələbənin hüquqi, həmçinin mənəvi tərəfini üstün qıldı. Müharibənin taleyini həll edən əsas amil hansısa müasir hərbi texnologiyaların mövcudluğundan daha çox, məhz Azərbaycan əsgərinin sarsılmaz iradəsi, misilsiz qəhrəmanlığı, şücaəti oldu. Vətən uğrunda canından keçməyə hazır olan hərbçilərimizin sıldırım qayaları aşaraq əlbəyaxa döyüşlərdə nümayiş etdirdiyi cəsarət sübuta yetirdi ki, heç hansı innovativ silah insan amilinin, yurd sevgisinin qarşısında duruş gətirmək iqtidarında deyil. Tarixə nəzər salanda bəlli olur ki, hərbi kampaniyalar əsasən dağıntılarla, mülki itkilərlə yadda qalır. Azərbaycan Silahlı Qüvvələri isə peşəkarlıq nümayiş etdirərək təmiz hərbi qələbə qazandı. 

Münaqişənin tam həlli 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə qəti şəkildə təmin olundu. Üçtərəfli Bəyanatın tələblərini pozan, hərbi təxribatları davam etdirən və qanunsuz silahlı birləşmələri dəstəkləyən Ermənistanın siyasəti bölgədə separatizmi yaşatmağa və yeni gərginlik ocağı yaratmağa yönəlmişdi. Lakin Azərbaycanın qətiyyətli siyasi iradəsi bu planların qarşısını aldı. 23 saat davam edən antiterror tədbirləri dövlətimizin hərbi-texniki və kəşfiyyat imkanlarını nümayiş etdirdi, separatçı rejimin fəaliyyətinə son qoyuldu və qanunsuz silahlı birləşmələr tərksilah edildi. Xankəndidə Azərbaycan bayrağının ucaldılması isə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını, konstitusiya quruluşunun təmin edilməsini təsdiqləyən tarixi hadisəyə çevrildi.

Münaqişələrin davamlı həlli yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, postmünaqişə dövründə sülh və quruculuq proseslərinin uğurla həyata keçirilməsi ilə tamamlanır. Dünya təcrübəsi göstərir ki, bir sıra münaqişələrdən sonra yaranan siyasi parçalanma, inamsızlıq və həllini tapmamış problemlər uzunmüddətli sabitliyə mane olur. Koreya yarımadası və Kipr bunun bariz nümunələridir. Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayaraq fərqli inkişaf modeli ortaya qoydu. Mina təhlükəsinin aradan qaldırılması, müasir infrastrukturun qurulması, şəhər və kəndlərin yenidən dirçəldilməsi Böyük Qayıdışın əsas istiqamətlərini təşkil edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlət suverenliyinin real təcəssümüdür. 

Tarixi təcrübə göstərir ki, həllini tapmamış münaqişələr gələcək qarşıdurmalar üçün zəmin yaradır. Azərbaycan isə hərbi qələbə, suverenliyin bərpası və genişmiqyaslı quruculuq siyasəti ilə bu təhlükəli dövrəni qırmağa nail oldu. Qarabağda artıq yenidənqurmanın, inkişafın və Böyük Qayıdışın gündəliyi formalaşır. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı bahasına əldə edilən Zəfər dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən birinə çevrildi. Azərbaycanın təcrübəsi göstərdi ki, milli iradəyə, güclü orduya və müstəqil siyasətə söykənən dövlət öz taleyini özü müəyyənləşdirə bilər. 

Yusif Şərifzadə

 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri