Icma.az
close
up
RU
Uğurlu diplomatiyanın təzahürü

Uğurlu diplomatiyanın təzahürü

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. O, müasir, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan ölkənin rəhbəridir. Təkcə bu ilin ötən dövrünə nəzər salsaq görərik ki, Prezident İlham Əliyevin formalaşdırdığı uzunmüddətli, inklüziv və nəticəyönümlü inkişaf modelinin real təsirlərini aydın şəkildə üzə çıxarır. Qlobal risklər fonunda ölkə iqtisadiyyatında sabitlik qorunmuş, iqtisadi artım keyfiyyəti yüksəlmiş, sosial rifah göstəriciləri isə ardıcıl şəkildə yaxşılaşmışdır.

Xüsusilə də nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın regional və qlobal əhəmiyyətini daha da artırmışdır. Ölkənin aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilməsi Prezident İlham Əliyevin irəli sürdüyü geoiqtisadi baxışın məntiqi nəticəsidir. Zəngəzur dəhlizinin açılmasına dair əldə olunan tarixi razılaşma isə Azərbaycanın regional inteqrasiya və sülh gündəliyində aparıcı rolunu strateji səviyyədə möhkəmləndirmişdir. Bütün bu nəticələr bir daha sübut edir ki, Prezident İlham Əliyevin qurduğu iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir. Bu modelin mahiyyəti Prezidentin öz ifadəsi ilə desək, “Daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaratmaq, Azərbaycan xalqının rifah, təhlükəsizlik və davamlı inkişaf şəraitində yaşamasını təmin etməkdir”.

Yanvarın 5-də Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına artıq ənənəvi olaraq səciyyələndirilə biləcək müsahibəsi bir çox baxımdan həm ötən il ərzində Azərbaycanın dünya səviyyəsində qazandığı uğurların, əldə etdiyi inkişafın, beynəlxalq mühitdə çatdığı diplomatik zirvənin yenidən nəzərdən keçirilib xatırladılması, həm də ölkənin gələcək inkişaf perspektivlərinin, hədəflərinin ictimaiyyətə bəyan edilməsi baxımından olduqca əhəmiyyətli və maraqlı nüanslarla zəngin oldu. Əlbəttə ki, ötən ilin ən böyük diplomatik qələbəsi Ermənistanla sülh müqaviləsini paraflanması, artıq sülh şəraitində inkişafa nail olunması və bu istiqamətdə əldə edilən digər uğurlar müsahibənin əsas mövzusu və diqqətçəkən tərəflərindən oldu.

Məlum olduğu kimi cənab İlham Əliyevin gərgin əməyinin nəticəsi olaraq Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Bunu ötən ilin beynəlxalq tədbirlərində iştirak, ölkə başçısının xarici ölkələrə səfərləri kontekstində daha aydın görmək mümkündür. Məhz bu istiqamətdən yanaşaraq cənab Prezident öz müsahibəsində bu mövzuya da xüsusi yer ayırdı. Çinlə olan strateji tərəfdaşlığımız, ölkə başçısının bu ölkəyə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması kifayət qədər böyük uğurdur. Çin dünyada aparıcı ölkələrdən biridir və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyi bu siyasi platforma dövlət başçısınınn uğurlu diplomatiyasının təzahürüdür.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri