Diplomatlarımız bəzən təhlükəli şəraitdə çalışaraq... Deputat
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Diplomatlarımız son 30 ildə çox mürəkkəb, bəzən təhlükəli şəraitdə çalışaraq ölkəmizin milli maraqlarını beynəlxalq platformalarda müdafiə ediblər və etməkdədirlər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fariz İsmayılzadə deyib.
O bildirib ki, Zəfər əldə etmiş ölkəmizin qarşısında yeni çağırışlar durur: "Regionda yeni risklər yaranır. Ölkəmizin rəqəmsal təhlükəsizliyinin qorunmasında zərurət yaranıb. Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır. Səfirlərimiz yeni ticarət əlaqələrinin güclənməsinə xüsusi diqqət yetirməlidirlər. Diplomatlarımızın təhlükəsizliyini, internet resurslarından istifadə ilə qayadaları ilə bağlı maddələrin də qanuna əlavə edilməsini təklif edirəm”.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 20 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















