Icma.az
close
up
RU
Diplomların elektron formada verilməsinin müsbət tərəfləri nələrdir? Ekspert AÇIQLADI

Diplomların elektron formada verilməsinin müsbət tərəfləri nələrdir? Ekspert AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib ki, təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq. 

"Artıq kağız üzərində diplom və attestatlar təqdim edilməyəcək", - deyə o, qeyd edib.

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açqılamasında məsələnin mahiyyətini belə izah etdi:

"Tutaq ki, xaricdən hər hansı bir diplom alıb gətirən vətəndaşımız diplomun tanınması üçün müraciət edirdi. Müraciətə 3 aya baxılacaqdısa, bu zaman əsgərlik məsələsi ortaya çıxırdı. Bu vətəndaşın diplomu əsgər getdiyi üçün tanınmadığı təqdirdə bir il altı ay xidmət edəcəkdi. Amma tanınması üçün də vətəndaş gərək imtahanda və yaxud müsahibədə iştirak etsin. Bu məsələni tənzimləmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyi xüsusi arayışlar verirdi ki, bəli, bu adam diplomu alıb, bizə müraciət edib və diplomu tanınma mərhələsindədir. Bu arayışı vətəndaş aparıb hərbi xidmətə verirdi və hərbi xidmətdən artıq həmin vətəndaşın bir il altı ay deyil, bir il xidmət göstərilməsi diqqətə alınırdı. Bu, Azərbaycan ərazisində olan diplomlarımızla bağlı çox mükəmməl bir qərardır".

O, qərarın müsbət tərəflərindən danışdı:

"Ali təhsil müəssisəsini və yaxud orta ixtisas təhsili müəssisəsini bitirən hər hansı bir şəxs diplomunu aldığı təqdirdə həmin diplom Azərbaycan ərazisində tanınır. Lakin ola bilsin ki, diplom gec verilsin. Məsələn, tələbə universiteti iyun ayında bitirir və oktyabr-noyabr ayında diplom alır. Bu tələbə magistraturanı xaricdə oxumaq və ya işləmək istəyirsə, universitet ondan diplom istəyəcək, amma diplom yoxdur. Məhz bunu tənzimləmək üçün Nazirlər Kabinetinin yeni qərarı alqışlanacaq bir qərardır. Artıq Nazirlər Kabinetinin qərarına əsasən Elm və Təhsil Nazirliyi elektron formada diplomları QR kod vasitəsilə təqdim edəcək. Həmin vətəndaş da QR kod vasitəsilə təqdim olunmuş diplomları xarici ali təhsil müəssisələrinə və yaxud xarici iş yerlərinə, ümumiyyətlə, tələb olunan yerlərə rahat bir şəkildə təqdim edə bilər.

Məsələn, təhsilini donduranlar da var. Bununla bağlı da xüsusi arayışlar təqdim olunacaq. Elektron qaydada diplomun təqdim olunması, əlbəttə ki, həmin tələbələrin, həmin gənclərin işlərini çox asanlaşdıracaq. Yəni bu nöqteyi-nəzərdən mən düşünürəm ki, çox gözəl bir qərardır. Beynəlxalq təcrübədə bu var. Eyni zamanda bu, Türkiyədə də, Avropa ölkələrində, inkişaf etmiş ölkələrdə də var. Bunu mən də təklif etmişdim.

Təhsili tamamlanmayan tələbələr deyəndə təhsili yarımçıq olan tələbələr və 2–3-cü kursda oxuyanlar başa düşülə bilər. Bu tələbələr arayış istəyib ala bilərlər. İndi həmin arayışların da elektron formada təqdim olunması nəzərdə tutula bilər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri