Icma.az
close
up
RU
Diplomu tanınmayan hərbçi: “TKTA mənə qarşı qərəzli münasibət göstərir”

Diplomu tanınmayan hərbçi: “TKTA mənə qarşı qərəzli münasibət göstərir”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan vətənpərvəri, Şuşa şəhərində xidmət etmiş keçmiş hərbi qulluqçu Səfərov Pərviz Arzuman oğlu redaksiyamıza müraciət edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, diplomunun tanınması ilə bağlı 4 ildən çoxdur davam edən proses süni şəkildə uzadılıb və nəticədə haqsızlıqla üzləşib.
Dörd il sürən gözləmə və əsassız imtina
Pərviz Səfərov bildirir ki, o, 2020-ci ildən etibarən Ukraynada yerləşən Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən verilmiş ali təhsil diplomunun tanınması üçün TKTA-ya müraciət edib. Lakin müraciət tam dörd il ərzində müxtəlif bəhanələrlə süründürülüb.
Nəticədə 28 noyabr 2024-cü ildə Agentlik onun diplomunun tanınmasından imtina edib. Səbəb kimi isə “təhsil aldığı ölkədə kifayət qədər olmaması” göstərilib.
Məhkəmə qərarı və TKTA-nın etirazı
Səfərov bu qərarla razılaşmayaraq Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin 29 iyul 2025-ci il tarixli E-2-1(114)-2526/2025 saylı qərarı ilə onun iddiası təmin olunub və diplomun tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi TKTA-nın üzərinə qoyulub.
Lakin qərarın icrası zamanı yeni gərginliklər yaranıb. Pərviz Səfərovun xaricdə yaşadığı üçün şəhid ailəsi üzvü olan anası TKTA-ya gedərək məhkəmə qərarını təqdim edib. Agentlikdə ona bildirilib ki, şəhid ailəsi statusunu təsdiqləyən sənədlər təqdim edildikdən sonra şəhadətnamə veriləcək.
Ancaq 9 sentyabr 2025-ci ildə sənədləri təqdim etdikdən sonra Pərviz Səfərovun anasının səhhəti qəfil pisləşib və Təcili Tibbi Yardım çağırılıb.
“TKTA sədri anamın üzünə sillə vurdu”
İddialara görə, Təcili Yardım gəlməzdən əvvəl Agentliyin rəhbəri anaya qarşı etikadan kənar rəftar sərgiləyib. Pərviz Səfərovun sözlərinə görə, TKTA sədri onun anasının üzünə sillə vuraraq “get, narahat olma, sənə kömək edəcəyəm” deyib. Hadisə baş verdiyi məkanın təhlükəsizlik kameralarına da əks olunub.
Anası xəstəxanadan çıxdıqdan sonra məlum olub ki, Agentlik məhkəmə qərarını icra etmək əvəzinə, əksinə, apel­yasiya şikayəti verərək qərarı şübhə altına alıb. Səfərov bunu “dövlət məhkəməsi tərəfindən çıxarılan qərara hörmətsizlik” kimi qiymətləndirir.
Şuşada xidmət etdiyini bildirən Səfərov qeyd edir ki, hərbi xidməti dövründə bir çox fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.
“Mən ailəli, iki övlad atası olaraq könüllü şəkildə xidmət etmişəm. Mənim yeganə məqsədim təhsilimi və biliklərimi dövlətimin maraqları naminə istifadə etməkdir. Təəssüf ki, TKTA-nın qərəzli münasibəti və məhkəmə qərarına etinasızlığı mənə bu imkanı vermir”, – deyə Pərviz Səfərov bildirir.
Səfərovun iddialarına görə, baş verən hadisələr təhlükəsizlik kameralarında əks olunub və bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması zəruridir. O, dövlət qurumlarından məhkəmə qərarının icrasını təmin etməyi, həmçinin anasına qarşı baş verən hərəkətlərin hüquqi qiymət almasını istəyir.
Hadisə həm hüquqi, həm də mənəvi baxımdan ciddi suallar doğurur. Məhkəmə qərarının icrasından yayınma və vətəndaşa qarşı qeyri-etik davranış iddiaları dövlət orqanlarının fəaliyyətinə etimadı sarsıdır.
Bakunews.az olaraq, biz məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sorğu göndərmişik. Cavab daxil olduqdan sonra onu da oxucularımızın diqqətinə təqdim edəcəyik.
Bakunews.az

XalqXeber.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri