Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz TKTA
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Xarici ölkədə təhsil alan şəxsə universitet tərəfindən təqdim edilmiş arayışla diplomun tanınması mümkün deyil.
AZXEBER.COMxəbər verir ki, bu, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin (TKTA) məlumatında qeyd edilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar çərçivəsi"nin 2.1.11-ci bəndinə əsasən, müəyyən təhsil proqramının uğurla başa çatdırıldığını və müvafiq kvalifikasiyanın verilməsini təsdiq edən təhsil haqqında sənəd yalnız diplomdur.
Qeyd edilib ki, buna görə də xarici ali təhsilə aid kvalifikasiyaların tanınması proseduru çərçivəsində bu arayışın tanınması mümkün hesab edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Sentyabr 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















