Icma.az
close
up
RU
“Diplomu verən universitet də, nazirlik də günahkardır…” Dosentdən nazirə

“Diplomu verən universitet də, nazirlik də günahkardır…” Dosentdən nazirə

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayevin verdiyi açıqlamalar hələ də gündəmdədir və təhsil ekspertləri nazirin açıqlamalarını şərh etməyə davam edir. Nazirin müzakirə olunan açıqlamalarından biri də MİQ imtahanlarından az bal toplayanların məzun olduqları universitetlərlə bağlı dedikləridir.

Tribunainfo.az xəbər verir ki, dosent İlham Əhmədov bu məsələdə nazirliyin də günahkar olduğunu hesab edir:

“Emin Əmrullayev qeyd edir ki, əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?.
Bəli, məsuliyyət daşıyır, amma 50 %.
Digər 50 % məsuliyyəti isə Elm və Təhsil Nazirliyi daşıyır.
Müəllim hazırlığında tələbələrin məktəb dərsliklərini öyrənməsi, təhlili və tətbiqi mühüm yer tutur. Əgər 35 ildə nazirlik məktəblər üçün normal dərslik hazırlaya bilməyibsə, tələbə nəyi öyrənsin, təhlil etsin, tətbiq etsin?
Gələcək müəllimlərin hazırlanmasında, pedaqoji təcrübənin mühüm rolu var. Tələbələrin məktəbdə pedaqoji təcrübə keçməsi prosesi son illər mənfiyə doğru xeyli dəyişdirilib.
35 ildə pedaqoji təhsilə aid heç bir faydalı layihə, dövlət proqramı reallaşmayıb.
Pedaqoji ali məktəblərə heç vaxt qrant və digər inkişaf yönlü layihələr verilməyib. Pedaqoji Ali məktəblərdə təhsil elmləri üzrə tədqiqatlar heç vaxt maliyyələşməyib.
Bu sadalananlar real problemlərin cüzi hissəsidir.
Pedaqoji təhsildə bu qədər ciddi problemlərin 35 il ərzində həll edilməməsi məsuliyyətini görəsən ETN dərk edirmi?”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri