Icma.az
close
up
RU
Dosentdən nazirə SUAL: “Təhsil islahatlarına sərf edilən milyardlar hara getdi?“

Dosentdən nazirə SUAL: “Təhsil islahatlarına sərf edilən milyardlar hara getdi?“

Icma.az bildirir, Tribuna portalına istinadən.

Universitetlərimizdə kəmiyyət artıb, amma keyfiyyət daha da zəifləyib. Çünki universitetlər belə kəmiyyət artımına hazır deyildilər. Universitetlərin maddi-texniki və tədris-metodik bazasını gücləndirmədən qəbul planını 2 dəfə artırmaq, şəhərin elektrik şəbəkəsini gücləndirmədən şəbəkəyə qoşulan abonentlərin sayını 2 dəfə artırmağa bənzəyir.

Tribunainfo.az xəbər verir ki, bu sözləri ali təhsil üzrə ekspert, dosent İlham Əhmədov Elm və təhsil naziri Emin Əmrullayevin – “Son on ildə universitetlərə qəbul planı yerləri demək olar ki, iki dəfə artırılıb, bu isə təhsilə çıxış imkanlarını genişləndirib, keyfiyyət, ədalət məsələlərini aktuallaşdırıb” fikirlərinə münasibət olaraq bildirib.
O qeyd edib ki, keyfiyyətsiz ali təhsilin məsuliyyətini nə nazirlik, nə də universitet daşımaq istəmir:

“Bəlkə, nazirin əvvəllər dediyi kimi, keyfiyyətsiz ali təhsilə görə universitet məzunu təhsil sistemini və ya universiteti məhkəməyə versin?
Qəbul planını ETN 2 dəfə artıranda bəs nəyə ümid edirdi? Düşünürdü ki, az tələbəni keyfiyyətli hazırlaya bilmirik, amma çox tələbəni keyfiyyətli hazırlayacağıq?
Bəlkə ETN düşünürdü ki, universitetlər bu yolla daha çox pul qazansınlar, büdcəyə yük olmasınlar? Universitetlər PHŞ kimi maliyyə müstəqilliyinə sahib olsunlar?
Nəyin hesabına keyfiyyət artacaqdı? Keyfiyyətsiz təhsil, təhsil deyil.
Ailələr 2 il repetitorlara, 4 il universitetlərə təhsil haqqı ödəyir, sonda da MİQ və ya digər imtahanlardan övladları bal toplaya bilmir, qalır işsiz. Belə olanda da hamı yaxasını kənara çəkir ki, bu duruma görə mən məsul deyiləm.
Bəs kimdir məsul? İllər ərzində tərsinə qurulan təhsilin, itirilən illərin və səmərəsiz israf edilən pulların cavabdehi kimdir? Məsuliyyətli, özünə hörmət edən təhsil sistemi belə etmir.
Təəssüf ki, 25 ildə təhsilə, təhsil “islahat”larına sərf edilən milyardlarla manatın aqibəti belədir.
Nazir bildirdiyi kimi, universitetlərə qəbul planı xeyli artıb, təhsilə çıxış imkanları genişlənib və eyni zamanda keyfiyyət məsələləri də aktuallaşıb.
Keyfiyyətsiz universitet məzunu insan kapitalı hesab edilə bilərmi?”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri