Icma.az
close
up
RU
DİQQƏT: Bu evləri satanlar cəzalandırılacaq VİDEO

DİQQƏT: Bu evləri satanlar cəzalandırılacaq VİDEO

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaxud birbaşa altında yerləşən torpaqlara qəti şəkildə çıxarış verilmir. Çıxarış verilmədiyi üçün, belə əmlaklar üzərində notarial qaydada alqı-satqı aparılması mümkün deyil”.

Bunu “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

O qeyd edib ki, sözügedən ərazilərdə əmlak tikintisi birmənalı şəkildə qeyri-qanunidir:

“Belə ərazilərdə tikinti aparılması da birmənalı şəkildə qanunsuzdur. Realtorların bu tip ərazilərdə satışa çıxardığı əmlaklar isə qanunsuz tikililərdir. Torpaq sahələri zəbt olunur və qeyri-qanuni alqı-satqı həyata keçirilir. Vətəndaşlar bu məsələdə diqqətli olmalıdır. Yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında olan əmlaklara çıxarış təqdim olunmur”.

Ekspert vurğulayıb ki, enerji ötürücülərinin yaxınlığında tikintinin aparılması hüquqi məsuliyyətə səbəb olur:

“Qanunvericilikdə belə hallar dələduzluq hesab edilir və Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olur. Əgər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmursa, fakt aşkarlanmır. Fakt aşkarlandığı təqdirdə, hüquq-mühafizə orqanlarında dələduzluqla bağlı birbaşa iş qaldırılır. Ümumiyyətlə Azərbaycanda daşınmaz əmlakın yeganə alqı-satqı yolu notarial qaydada həyətə keçirilməsidir”.

Qeyd edək ki, Xırdalanda əmlak səhifələrindən birində satışa çıxarılan ev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşən yaşayış evi satışa qoyulub. Təkcə tikilinin özü deyil, evin ümumi həyət sahəsinin də elektrik dirəyinin altında olması diqqət çəkib. Bildirilir ki, sözügedən vəziyyət təhlükə riskini daha da artırır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Aprel 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri