Icma.az
close
up
RU
Diqqət: Makler evləri bu yolla ayırd etmək olur

Diqqət: Makler evləri bu yolla ayırd etmək olur

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Evin "makler" yoxsa fərdi yaşayış evi olmasını yalnız mütəxəssis müəyyən edə bilər. Çünki elə evlər var ki, insanlar özləri üçün tikirlər.Elə evlər də var ki, doğrudan da maklerlər tikir, amma keyfiyyətli olur. Burada birinci şərt ondan ibarətdir ki, ev mütləq daşdan olmalıdır, çünki daş evlər daha uyğundur. İkinci vacib məqam evin beton lentinin (fundamentinin) olmasıdır".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. 
"Yəni, əgər ev bir mərtəbəlidirsə, mütləq kürsü mərtəbəsi ilə birinci mərtəbə arasında, iki mərtəbəlidirsə, mərtəbələr arasında beton arakəsmə olmalıdır. Sonra, armatur istifadəsinə diqqət etmək lazımdır. Əslində, evin tikintisinə baxan kimi bilinir ki, keyfiyyətlidir, ya yox".
O bildirib ki, digər əlamətlərdən biri həyət məsələsidir:
"Maklerlər çalışırlar ki, həyət yalnız evin altında olan sahəni və bir maşınlıq giriş yolunu əhatə etsin. Çünki maklerlər üçün 300–400 kv.m torpaq sahəsində ev tikib satmaq sərf etmir. Torpaqlar baha olduğuna görə adətən həyət çox kiçik olur.
Bütün bunlar nəzərə alınmalıdır. Əlavə olaraq, əgər ev təmirlidirsə, təmirdə istifadə olunan materiallara da baxmaq lazımdır. Yerli və Çin mallarından istifadə olunubsa, bu, çox vaxt makler evi olur. Yox, əgər Rusiya və ya Türkiyə istehsalı olan materiallardan istifadə edilibsə, o zaman keyfiyyətli hesab etmək olar.
Bir də makler evlərinin bazarda digərlərindən daha ucuz təklif olunması da onların əlamətlərindən biridir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri