Icma.az
close
up
RU
DİQQƏT! Bu verilişlər bağlana bilər Aparıcılar isə…

DİQQƏT! Bu verilişlər bağlana bilər Aparıcılar isə…

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son zamanlar ölkədə artan boşanma halları və yeniyetmələr arasında baş verən cinayətlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu fonda deputat Ceyhun Məmmədovun bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında səsləndirdiyi fikirlər diqqət çəkib. O bildirib ki, belə hallarının artmasında televiziya verilişlərinin də rolu var  və bu səbəbdən ailə dəyərlərinə zidd proqramların yayımı dayandırılmalıdır.

Sitat: “Bu gün boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması narahatlıq doğurur. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ki, ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb”.

Digər tərəfdən, sosial yönümlü verilişlərə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi aparıcılar eyni səhvləri təkrarlamaqda davam edirlər.

Belə halların qarşısı necə alınmalıdır?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, aparıcılar peşə fəaliyyəti ilə bağlı qanunvericiliyi yetərincə bilmirlər:

“Hər bir şəxs çalışdığı sahənin hüquqi çərçivəsini bilməlidir. Bütün qanunları əzbər öyrənmək tələb olunmasa da, işini düzgün və məsuliyyətlə yerinə yetirmək üçün əsas hüquqi prinsiplərə bələd olmaq vacibdir. Hazırda efirdə müşahidə olunan hallar göstərir ki, bir çox aparıcı təkcə hüquqi məsələlərdən deyil, həm də etik davranış qaydalarından xəbərsizdir”.

Lalə Mehralı

Sosioloq bildirib ki, azyaşlıların simasının açıq şəkildə efirdə verilməsi, zorakılığa məruz qalmış uşaqların foto və videolarının paylaşılması, bu görüntülərdən reytinq qazanılması qanunvericiliyə ziddir:

“Nəzarət mexanizmləri zəif olduğu üçün bu cür hallarda aparıcılar əksərən cəzasız qalırlar. Xəbərdarlıqlar nəticə vermirsə, daha ciddi tədbirlərə əl atılmalıdır. Buna yayımın dayandırılması, pul cərimələri, hətta verilişlərin bağlanması da daxil ola bilər. Belə halların kökündə bəzən etinasızlıq, bəzən isə sadəcə reytinq və baxış sayı uğrunda bütün dəyərlərin, qurban verilməsi dayanır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri