Icma.az
close
up
RU
Bu məşhur aparıcılar məsuliyyətə cəlb oluna bilər SƏBƏB

Bu məşhur aparıcılar məsuliyyətə cəlb oluna bilər SƏBƏB

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Lisenziyası ləğv edilənlər arasında “Milan VİP” hospitalın həkimi Könül Ağamirova, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva və “İnternational Medical Centre”də estetik cərrah kimi fəaliyyət göstərən Sevinc Heydərovanın da adı var.

İddialara görə, estetik cərrahiyə sahəsində bəzi “yenilənmə” aparılır. Bildirilir ki, məşhur, xəstələri çox olanlar həkimləri bu yolla sıradan çıxarıb, tibb sahəsində monopoliya yaratmağa çalışılır. Bu iddianın yaşama haqqının nə qədər olduğu irəliləyən vaxtlarda bəlli olacaq.

Maraqlıdır ki, tanınmış həkimlərin əksəriyyəti yerli telekanallarda yayımlanan sosial verilişlərin aparıcıları tərəfindən reklam olunduqları üçün daha çox “müştəri” toplaya bilirlər. Çünki kütlə aparıcılara inanır deyə, onun reklam etdiyi həkimlərə üz tuturlar.
Sual yaranır: Aparıcılar tərəfindən reklam olunan və başqalarının sağlamlığına zərər vuran həkimlərə görə kimlər məsuliyyət daşıyır?

Burada telekanalların, aparıcıların məsuliyyəti varmı?

Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, KİV, sosial media, televiziyalar reklam fəaliyyəti ilə məşğul ola bilər.

Hüquqşünasın sözlərinə görə, həkim reklamı qanunla qadağan deyil:

“Ümumiyyətlə, bizim qanunvericilikdə bəzi qadağan olunan narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün məmulatlarının reklamı qadağandır. Lakin həkim fəaliyyəti reklamı qadağan deyil. Dünyanın bir çox ölkəsində hüquqşünasların, həkimlərin sponsor olması, reklam verməsi etik sayılmır. Həkimlik və hüquqşünaslıq öz peşəsinin reklamçı olmağa yönəlik hərəkət etməsini doğru hesab etmir. Bu peşələrin fəaliyyəti istehlakçılıq olmadığı üçün burada ümumi məntiqdən kənara çıxma var. Yəni bu, etik deyil. Həmin reklamları edən şəxslər əslində, öz peşələrinin mahiyyətini dəqiq anlamırlar”.


Şamil Paşayev

Şamil Paşayev deyib ki, audiovizual və çap mediasında, onlayn media subyektlərində reklam və sponsorluqlarla bağlı “Media haqqında” Qanunun tələblərinə riayət edilməməsinə görə cərimə tətbiq olunur:

“Belə ki, vəzifəli şəxslər 2500-3500 manata qədər, hüquqi şəxslər 8 mindən 10 min manat məbləğinə qədər cərimələnə bilər. Cinayət Məcəlləsinin 198-ci maddəsinə görə bilə-bilə yalan reklam etmək cinayətdir. Əgər o şəxs tamah məqsədi ilə xeyli miqdarda zərər vurursa, 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Eyni əməllə külli miqdarda zərər vurduqda 2 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər”.

Hüquqşünasın sözlərinə görə, lisenziyasız həkimləri reklam edən aparıcılar da məsuliyyətə cəlb oluna bilər:

“Əgər həkimlərin lisenziyaları ləğv edilibsə, onları lisenziyalı həkim kimi reklam edən televiziya və ya hər hansı media işçilərinin də məsuliyyətə cəlb edilməsi mümkündür”.

Qeyd edək ki, ötən ilin sonunda vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün Xüsusi Təftiş Komissiyası yaradılmışdı. Səhiyyə Nazirliyi tərəfindən lazımi sənədlərin komissiyaya təqdim olunması üçün onlara vaxt verilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri