Icma.az
close
up
RU
Diqqət dağınıqlığı və sosial media: valideynlər nə etməlidir?

Diqqət dağınıqlığı və sosial media: valideynlər nə etməlidir?

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial media və video oyunların yeniyetmələr və uşaqlar üzərində təsiri getdikcə daha çox diqqət mərkəzinə çıxır. Ardıcıl ekran istifadəsi, sürətli paylaşımlar, daimi bildirişlər və qısa videolar uşaqların diqqətini zəiflədir, öyrənmə motivasiyasını azaldır və emosional gərginlik yaradır. Bu yalnız dərs zamanı diqqət dağınıqlığına səbəb olmur, həm də uşaqların davranış tərzinə, geyim seçimlərinə və həmyaşıdları ilə münasibətlərinə təzyiq göstərir.

Düzgün və məqsədli nəzarət olmadan sosial media istifadəsi uşaqların tərbiyəsinə mənfi təsir göstərə bilər. Eyni zamanda, interaktiv təhsil metodları, elektron dərsliklər və interaktiv oyunlar bu riskləri azaldaraq öyrənmə prosesini daha effektiv edir. Valideynlər və məktəblər uşaqların sosial mediadan ölçülü və məqsədli istifadə etməsinə diqqət yetirməlidir.

“Sosial media və oyunlar uşaqlara təsir edir”

Mövzu ilə “Xalq Cəbhəsi”nə açıqlama verən, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, sosial şəbəkələrin və video oyunların yeniyetmələr və uşaqlar üzərində mənfi təsiri geniş yayılıb və bir çox ölkələr artıq bu təsirləri qanunvericilik səviyyəsində məhdudlaşdırır.

Fariz İsmayılzadə qeyd edib ki, sosial media yalnız uşaqların təhsilinə və tərbiyəsinə təsir göstərmir, həm də onların geyim, davranış və həmyaşıdları ilə münasibətlərinə təzyiq yaradır: “Uşaqlar internetdə gördükləri dəbdəbəli həyat tərzini təqlid etməyə çalışır ki, bu da onların tərbiyəsi üçün riskdir.Eyni zamanda ekspert vurğulayıb ki, müasir təhsildə interaktiv yanaşmaların tətbiqi zəruridir. Müəllimlər dərs zamanı interaktiv oyunlar, elektron və interaktiv dərsliklərdən istifadə etməlidirlər. Uşaqların müasir dövrdə öyrənmə tərzi yalnız mətn üzərində deyil, interaktivlik, oyunlar, simulyasiyalar və virtual reallıq üzərində qurulub. Bu səbəbdən dərsliklər və tədris vasitələri də interaktiv tədris prosesini tam əhatə etməlidir.

Sosial media və video oyunlardan düzgün istifadə edilməməsi həm diqqət yayınıqlığına, həm emosional gərginliyə, həm də tərbiyə problemlərinə səbəb ola bilər. Lakin interaktiv və düzgün dizayn olunmuş təhsil metodları bu riskləri azalda bilər”.

“Yeniyetmələrdə diqqət və sosial media”

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu əlavə edib ki, sosial mediada aktiv və tez-tez istifadə – paylaşım etmək, şərh yazmaq, daimi girib-çıxmaq – yeniyetmələrin impuls nəzarətinə mənfi təsir göstərir.

Onun sözlərinə görə, tam qadağa deyil, yaşa uyğun və məqsədli məhdudlaşdırma tətbiq olunmalıdır: “Bütün yaş qrupları üçün cəza və qadağa mərkəzli yanaşma yerinə, vaxtın məqsəd və məzmun üzərində nəzarət prinsipi əsas olmalıdır. Sosial media uşaqlar üçün istirahətin yeganə forması olmamalıdır; yuxu, dərs və real ünsiyyət hər zaman prioritet olmalıdır”.

Ekspert valideyn və məktəblər üçün tövsiyələr verib:

• 11–13 yaş: Sosial media ümumiyyətlə tövsiyə olunmur. İstifadə varsa, gündə 30–45 dəqiqə, valideyn nəzarəti altında, profillər qapalı olmalıdır. Telefon gecə yataq otağında saxlanılmamalıdır, alternativ fəaliyyətlər – idman, stolüstü oyunlar, ailə ilə vaxt – təşviq edilməlidir.

• 14–15 yaş: Sosial media gündə maksimum 60 dəqiqə istifadə oluna bilər. Valideyn uşağın platforma və istifadə saatlarını izləməli, sosial medianın təsirini izah etməlidir.

• 16–17 yaş: Gündə 1–2 saat istifadə mümkündür, dərs və yuxu vaxtına mane olmamalıdır. 22:00-dan sonra istifadəsi məsləhət görülmür.

Ekspert bildirib ki, sosial media və video oyunlardan düzgün istifadə edilməməsi diqqət yayınıqlığı, emosional gərginlik və tərbiyə problemlərinə səbəb ola bilər. Video oyunlar nisbətən daha təhlükəsiz olsa da, limitsiz istifadəsi təhlükəsiz hesab edilmir.

Rizvan Fikrətoğlu əlavə edib ki, ekran istifadəsi uşaqlarda dərin diqqət bacarığını zəiflədir, tez-tez stimullar və qısa videolar diqqətin dağılmasına, motivasiya və öyrənmənin azalmasına gətirib çıxarır: “Gündə bir saatdan artıq sosial media istifadəsi təkbaşına xəstəlik yaratmasa da, milyonlarla yeniyetmədə diqqət problemlərinin ölçülə bilən dərəcədə artmasına səbəb olur.

Valideynlər və məktəblər uşaqların sosial mediadan məqsədli və nəzarət altında istifadə etməsinə diqqət etməli, milli yeniyetmə sağlamlıq strategiyalarında rəqəmsal davranış vərdişləri ayrıca nəzərə alınmalıdır”.

Diqqət dağınıqlığının gizli səbəbi

Psixoloq Nizami Orucov diqqətə çatdırıb ki, sosial şəbəkələrdə ardıcıl və sürətli paylaşımlar, davamlı sürüşdürmə və bildirişlər yeniyetmələrin diqqətini ciddi şəkildə parçalayır.

Onun sözlərinə görə, bu vəziyyət dərin düşüncə və uzunmüddətli diqqət tələb edən fəaliyyətlərə mənfi təsir göstərir: “Yeniyetmələr dərs oxumaqda, uzun tapşırıqları sona çatdırmaqda və problem həll etmədə çətinlik yaşayırlar. Çünki sosial mediada diqqət daim dəyişir və beyin davamlı olaraq yeni stimullara uyğunlaşmağa məcbur qalır. Sosial mediada mövcud olan qısa mükafat mexanizmləri impulsiv davranışları gücləndirir. Bəyənmələr, reaksiyalar və tez-tez dəyişən məzmun beynin impulsivliklə əlaqəli sistemlərini aktivləşdirir. Bu da hərəkətliliyin artması, diqqətin tez yayılması kimi simptomlarla özünü göstərə bilər”.

Nizami Orucov axşam saatlarında sosial şəbəkə istifadəsinin risklərinə də diqqət çəkib: “Gecə saatlarında telefon və sosial media istifadəsi yuxu ritmini pozur, yuxu müddətini azaldır. Halbuki yuxu diqqətin qorunması, emosional tənzimləmə və psixoloji sabitlik üçün əsas şərtdir. Yuxu çatışmazlığı mövcud problemləri daha da dərinləşdirir.Sosial media bəzi yeniyetmələrdə emosional gərginlik yaradır.Özünə hörmət, özünü bəyənmə və sosial müqayisə ilə bağlı narahatlıqlar depressiya, təşviş və emosional qeyri-sabitliklə əlaqələndirilə bilər”.

Psixoloq valideynlərə də tövsiyələr verib: “Məqsəd sosial şəbəkələri tam qadağan etmək deyil, məsuliyyətli və ölçülü istifadə vərdişləri formalaşdırmaqdır. Ekran vaxtı strukturlaşdırılmalı, bildirişlər məhdudlaşdırılmalı və axşam istifadəsinə nəzarət olunmalıdır. Eyni zamanda idman, kitab oxuma və real sosial fəaliyyətlər təşviq edilməlidir”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri