Icma.az
close
up
RU
DİQQƏT: Doktorantura təhsilində YENİLİK

DİQQƏT: Doktorantura təhsilində YENİLİK

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov təklif edib ki, Azərbaycanda doktorantura təhsilinin səviyyəsi birə endirilməlidir. Onun fikrincə, bu qanunun qəbul edilməsi təhsilimizin inkişafına öz töhfəsini verəcək.
Ümumiyyətlə doktorantura təhsilinin səviyyəsinin birə endirilməsi nədir? Bəs bu qanun qəbul edilərsə, gələcək təhsil üçün nə vəd edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya fikir bildirən təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edib ki, burada söhbət doktorantura təhsilinin birmərhələli olmasından gedir.
“Məlumdur ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru kimi mərhələlər var.  Yəni köhnə adla desək, doktorantura, asperantura var. Bunu dəyişdirməyi tövsiyə edirlər. Bu dəyişiklik  əlbəttə gecikmiş bir dəyişiklikdir. İllərdir ki, bu məsələ müzakirə edilir. Dünyanın bir çox ölkəsində isə doktorantura təhsili birmərhələli olaraq davam edir”.
Ekspert eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycanda doktorantura təhsili almaq, dünyanın bir çox  ölkəsində doktorantura təhsili almaqdan daha çətindir:
“Əlbəttə, elmi cəhətdən deyil, mərhələ cəhətdən çətindir. Yəni, bir neçə mərhələlər var.  Prosedurlar, addımlar, fazalar var. Bu fazaların bir çoxuna gərək yoxdur”.
O qeyd edib ki, doktorantura təhsili universitetin verdiyi təhsildir və universitet tərəfindən heyət qurulur:
“Nəticədə tələbə fəlsəfə doktoru elmi ünvanı alır. Bizdə isə universitetlər burada vasitəçi qurum kimi fəaliyyət göstərir. Ali Attestasiya Komissiyası doktorantura diplomunun verilməsini öz əlində saxlayır. Burada Ali Attestasiya Komissiyası  və universitetin mənafeləri toqquşur. Əslində qarşılıqlı etibar, güvən, keyfiyyətə nəzarət, monitorinq olsa, əlbəttə ki, hər iki qurum bir-birinə etibar edəcək. Nəticədə yaxşı, keyfiyyətli kadrlar, fəlsəfə doktorları ortaya çıxacaq”.
Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Ceyhun Məmmədovun Milli Məclisdə səslədirdiyi fikirləri dəstəkləyib. O, hesab edir ki, ikipilləli doktorantura təhsili mütəq şəkildə dəyişilməlidir və bu da “Təhsil haqqında” qanunda öz əksini tapmalıdır:
“Hətta, bu çox gecikmiş bir qərar olardı. Biz xarici təcrübəyə baxanda, görürük ki, Azərbaycanda doktorantura pilləsi onlardan fərqli olaraq ikipilləlidir. Yəni, fəlsəfə və elmlər doktoru pilləsindən ibarətdir.
Bir insan doktoratura təhsili alır, fəlsəfə doktoru üzrə müdafiə edir, fəlsəfə doktoru elmi dərəcəsi alır, ikinci dəfə təzədən elmlər doktoru proqramı üzrə təhsil alır və elmlər doktoru olur. Düşünürəm ki, bu dəyişiklik həm də bu sahədə müəyyən yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Elmi təsir üçün həqiqətən faydalı ola bilər”.
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri