DİQQƏT! Güclü maqnit qasırğası BAŞLADI
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Qeyd olunub ki, aadisənin pik nöqtəsi Bakı vaxtı ilə saat 06 radələrində qeydə alınıb və 1-dən 5-ə qədər olan şkala üzrə G1.3 təşkil edib.
Laboratoriyanın məlumatına görə, geomaqnit həyəcanlanmalarının ümumi davam etmə müddəti iki sutkaya qədər ola bilər. Alimlər qeyd edirlər ki, bu müddət ərzində qasırğanın G2 (orta) səviyyəsindən yuxarı qalxması ehtimalı azdır.
G1 səviyyəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sistemlərinə kiçik təsirlər göstərə bilər, həmçinin zəif qasırğaların təsiri zamanı yüksək enliklərdə (60 dərəcəyə qədər) qütb parıltıları müşahidə oluna bilər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















