Icma.az
close
up
RU
DİQQƏT: Hərbçilərlə bağlı VACİB AÇIQLAMA KONKRET

DİQQƏT: Hərbçilərlə bağlı VACİB AÇIQLAMA KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda şəhid ailələri və qazilər üçün müxtəlif sosial dəstək mexanizmləri tətbiq olunur. Bununla yanaşı, ölkənin müdafiəsində xidmət edən hərbi qulluqçuların sosial təminatının daha da gücləndirilməsi məsələsi zaman-zaman gündəmə gəlir.

Bəs hərbçilər üçün kommunal xərclərdə güzəştlər və ya ictimai nəqliyyatdan istifadə ilə bağlı əlavə imtiyazlar tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində hərbçilərlə bağlı yeni addımların atılacağına ümid edir.

“Ümid edirəm ki, 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində hansısa addımların atılacağının şahidi olacağıq. Hər il olduğu kimi hərbçilərə mənzillərin verilməsi və ya mükafatlandırılması həyata keçirilə bilər. Amma yaxşı olar ki, onların sosial təminatı ilə bağlı digər məsələlər də gündəmə gətirilsin”.

Hərbçilər dövlətin müdafiəsində çalışan insanlardır. Ona görə də onların kommunal xərclərinin ən azından müəyyən hissəsinin güzəştli olması, xüsusilə də müharibə iştirakçılarına bu imkanın yaradılması məqsədəuyğun hesab edilərdi. Bu, çox vacib məsələdir”.

Ü. Cəfərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinə, eləcə də aidiyyəti dövlət qurumlarına müraciət edərək bu istiqamətdə təşəbbüslərin artırılmasının vacibliyini vurğulayıb.

“Bir sıra ölkələrdə belə güzəştlər tətbiq olunur. Hərbçilər də Silahlı Qüvvələrin nümayəndələri kimi bu imkanlardan faydalanmalıdırlar.
Polis əməkdaşları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Hərbçilər üçün də ən azından güzəştli nəqliyyat kartlarının tətbiq edilməsi yaxşı olardı. Hamının şəxsi avtomobili yoxdur. Bəzi hərbçilər xidmət yerinə çatmaq üçün avtobus və metrodan istifadə edir, hətta bir neçə nəqliyyat vasitəsini dəyişməli olurlar. Buna görə də həm nəqliyyat, həm də kommunal xidmətlərlə bağlı güzəştlərin tətbiqi zəruridir”.

Ekspertin fikrincə, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi onların xidmət motivasiyasına da müsbət təsir göstərə bilər və bu məsələ uzun müddət təxirə salınmamalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyun 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri