Icma.az
close
up
RU
DİQQƏT: İnsanlar arasında yeni virus yayılıb? HƏKİM DANIŞDI

DİQQƏT: İnsanlar arasında yeni virus yayılıb? HƏKİM DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ümumiyyətlə yaz və payız aylarında gördüyümüz fəsil dəyişkənliyi, iqlim dəyişikliyi insan orqanizmində immunoloji bir hipershəssalığa bəzən də immunosuppressiv vəziyyətlərə gətirib çıxarır. Bu da özünü daha çox havadamcı yolu ilə keçən üst tənəffüs yollarının virus infeksiyalarına qarşı yatqınlıqla gösdərir və nəticədə bu virusa yoluxanların sayı artmış olur”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Bu virus infeksiyaları yeni deyil. Yəni qrip virusu, influenza, paraqrip adına virus, adenovirus ki bunlar üst tənəffüs yollarında burun axması, burun tutqunluğu, boğaz ağrısı, boğazda qıcıqlanma, hərarətin artması, ümumi halsızlıq, işdahsızlıq, baş ağrısı kimi, əzələ ağrısı kimi simptomlarla özünü biruzə verir. Bu simptomlar adətən bir gündən yeddi günə qədər davam edir. Əgər ilk üç gün ərzində orqanizmin immün sistem tərəfindən bir tam olaraq sağalmaya gətirib çıxaran vəziyyət müşahidə olunmursa, yəni immün sistem bunun üsdəsindən gələ bilmədiyi üçün artıq həkimə müraciət etmək lazımdır. Bundan sonrakı üst tənəffüs yolunda olan virus yükü aşağı tənəffüs yollarına düşərək bronxit, pnevmoniya kimi və digər ağır infeksiya xəsdəliklər fəsatlaşmasın.

Ev şəraitində insanlarımız bu halları özlərində müşahidə etdikləri zaman tövsiyyə edərdim ki, ümumiyyətlə 38.5 dərəcə də olan qızdırmanın ilk günlərdə qətiyyən salmasınlar. Çünki, bu qızdırma lazımdır ki, insanlarda immün sisteminin aktivliyini ayaqda saxlayan B və T hüceyrələri daha da aktivləşsin. Bundan sonra bol- bol maye qəbil etsinlər, vitamin C, D, sink, selen kimi mikro elementlərdən istifadə etsinlər. Daha sonra isə istirahət rejiminə üsdünlük versinlər.

Vurğuladığım kimi üç gündən daha çox davam edən simptomlarda isə həkimlərə müraciət edərək müalicə olunmalıdırlar, öz başlarına müalicə etməsinlər. Böyük bir yanlışlıqla virus infeksiyaları zamanı insanlarımız birbaşa aptekə müraciət edərək öz başlarına antibiyotik alıb isdifadə edirlər bəzən də tablet, indeksiyon formada. Ümumiyyətlə, bilmək lazımdır ki, dünyada elə bil antibiotik olmasın ki, virusa təsir gösdərməsin. Ümumiyyətlə, antibiotik bakteriyaları məhv etmək üçündür, virusları deyil. Bu zaman biz özümüzü daha da ağrılaşdırmış oluruq”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri